Accessibility links

ABŞ və İran arasında nazirlər səviyyəsində görüş keçirilib


ABŞ və İran arasında son 30 il ərzində nazirlər səviyyəsində görüş keçirilib.

Nyu-York görüşünün məqsədi tərəflər arasında nüvə qarşıdurmasının həlli olub. 5 ölkə ilə bərabər görüşdən sonra ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Cavad Zərif yarım saatlıq müzakirələr keçirib.

Müzakirələr 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirlik işçilərinin girov götürülməsi ilə diplomatik əlaqələrin kəsilməsindən bəri ilk yüksək səviyyəli görüşdür.

Con Kerri danışıqları konstruktiv adlandıraraq, İranın tonunu dəyişdiyini deyib. Lakin o bildirib ki, bir görüş və tonun dəyişdirilməsi İranın nüvə proqramı ilə bağlı sualları cavablandırmır.

Dövlət katibi İranın xarici işlər nazirinin bəzi təkliflərlə çıxış etdiyini, lakin İran təftiş prosesində şəffaflıq nümayiş etdirməyənədək, ABŞ-ın İrana qarşı sanksiyaları ləğv etməcəyini deyib.

Zərif isə öz növbəsində BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilə müzakirələr zamanı danışıqların sürətləndirilməsi barədə razılıq əldə edildiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG