Accessibility links

Cavad Dirəxti: “Bütöv Azərbaycan” telekanalı dünya azərbaycanlıları arasında körpü yaradacaq [Audio]


Cavad Dirəxti

Cavad Dirəxti

İsveçin Malmö şəhərində yayıma başlamış Bütöv AZ TV-nin təsisçisi Cavad Dirəxti yenicə yaranmış televiziyanın fəaliyyət bazası və yürütdüyü siyasi xətt barədə Amerikanın Səsinə müsahibə verib. Cənab Dirəxti mühacirətdə boya-başa çatan yeni nəslin Azərbaycan türklərini öz kimlik və mədəniyyətləri ilə tanış olmaqlarının önəmi, habelə ailələrin bu xüsusda daşıdığı məsuliyyəti vurğulayıb.


“Bütöv AZ TV bütün azərbaycanlılar arasında körpü rolu daşımağı hədəfləyir. Biz səssizlərin səsi olmaq istəyirik, buna görə də bütün siyasi qrupların səsini fikir və görüş fərqlərindən asılı olmayaraq yaymağı düşünürük,” deyə Dünya Azərbaycanlıları Konqresinin (DAK) sabiq sədri bəyan edib.

Onun dediklərinə görə, Bütöv Az TV Azərbaycanla bağlı keçmişdə hazırlanmış proqramlar ya prodüserlərin üzərində çalışdıqları əsərləri yayımlamaq üçün şərait yaratmağa hazirdir.

Təəsüflə biz güneylilərin İranda öz ana dilimizdə təhsil almaq imkanımız olmur və dilimizi ancaq ailə mühitində öyrənirik. Siyavuş da eyni şəkildə türkcəni bizlə danışaraq öyrənib.
Cənab Dirəxtinin xaricdə boya-başa çatmış 22 yaşlı oğlu Siyavuş Dirəxti antisemitizm, ksenofobiya və islamofobiyaya qarşı fəaliyyətlərinə görə 2013-cü ildə Raul Wallenberg mükafatına layiq görülüb. O, ötən həftələrdə ABŞ prezidenti Barak Obamanın İsveç səfəri zamanı Amerika lideri ilə xüsusi görüş keçirib.

Cavad Dirəxtinin firincə, xaricdə böyüyən azərbaycanlı uşaqların öz kimlik və mədəniyyətləri ilə tanış olmaqları xüsusunda ailələrin üzərinə böyük vəzifə düşür.
“Təəsüflə biz güneylilərin İranda öz ana dilimizdə təhsil almaq imkanımız olmur və dilimizi ancaq ailə mühitində öyrənirik. Siyavuş da eyni şəkildə türkcəni bizlə danışaraq öyrənib,” deyə o, qeyd edib.

“Prezident Obamaya dedim ki, İran Azərbaycanındanam, güneyliyəm, türkcə danışıram, farsca yox.” deyə Siyavuş Dirəxti ABŞ lideri ilə görüşünü Amerikanın Səsinə təsvir etmişdi.
XS
SM
MD
LG