Accessibility links

Telefondan necə yükləməli?


Mobil upload
Mobil upload
Video və ya fotonu telefonunuzdan yükləmək istəyirsinizsə, əvvəlcə Amerikanın Səsinin mobil applikasiyasını telefonunuza yükləməyiniz zəruridir. Applikasiya tam pulsuzdur və yüklənməsi cəmi bir neçə dəqiqə çəkir. Necə yükləməli? Apple store və ya telefonunuzun sisteminə uyğun müvafiq applikasiya yüklənməsi bölməsinə daxil olub axtarış yerində "VOA" (Voice of America) axtarın. Daha sonra applikasiyı "install" (yüklə) düyməsinə basaraq telefonunuzda əldə edin.
Amerikanın Səsinin applikasiyasını bir dəfə yüklədikdən sonra bir daha onun yüklənməsinə ehtiyac olmayacaq.

Applikasiya yüklənəndən sonra telefonunuzda olan video və ya fotonu saytımıza yükləmək imkanınız xeyli asanlaşır. Belə ki, VOA applikasiyasını ilk dəfə açanda sizə dil seçimi verəcək və siz siyahıdan Amerikanın Səsi (Azerbaijani/Azeri)" seçin. Açılan Ana səhifənin ən aşağıda sağ küncdə "More" düyməsinə daxil olun. Oradan isə Yüklə bölməsinə tıklayaraq Açıq Kamera bölməsinə daxil olursunuz. Bu səhifədə isə siz artıq əvvəlcədə lentə aldığınız hər hansı faylı "Yaddaşdan seç" bölməsinə gedərək yükləyə bilər və ya "Yenisini çək" düyməsinə basaraq yeni foto və ya video çəkib birbaşa saytımıza yükəyə bilərsiniz.
XS
SM
MD
LG