Accessibility links

Prezident Barak Obama dünya investorlarını əmin edib ki, ABŞ həmiçə öz borclarını ödəyib. ABŞ lideri bu bəyanatı borc tavanının qaldırılması üzrə debatların cərəyan etdiyi vaxt verib.

Cənab Obama jurnalistlərə bildirib ki, Konqresdə borcların defoltunun dünya iqtisadi dirçəlişinə təsir göstərməyəcəyi barədə səsləndirilən bəyanatlar qlobal investorlarda nigarançılıq yaradır.

Hökumətin artıq ikinci həftədir ki, bağlı qaldığı bir məqamda o, Konqresi heç bir şərt qoymadan borc tavanını qaldırmağa çağırıb.

Nümayəndələr Palatasının Respublikaçı spikeri Con Beyner borc tavanını qaldırmazdan öncə prezidentin xərcləmə ixtisarları və səhiyyə islahatlarına dair danışıqlara getməsinə israr edir.

Cənab Obama isə hədə qarşısında danışıqlara getməyəcəyini təkrarlayıb.
XS
SM
MD
LG