Accessibility links

Araz Əzimov atəşkəs rejiminin pozulmasını şərh edib


Araz Əzimov Azərbaycanın ABŞ-la münasibətləri və Dağlıq Qarabağ sülh danışıqları haqda fikirlərini paylaşdı

Araz Əzimov Azərbaycanın ABŞ-la münasibətləri və Dağlıq Qarabağ sülh danışıqları haqda fikirlərini paylaşdı

O, ATƏT sədrinin səlahiyyətli nümayəndəsini tənqid edib

“ Ermənistan tərəfi atəşkəs rejimini pozmaqda davam edir, o cümlədən ATƏT-in monitorinqləri zamanı, bu, cəzasızlıq hissindən irəli gəlir.

“Bu fikri jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in monitorinqi zamanı təmas xəttində baş vermiş insidenti şərh edərkən bildirib.

Bu barədə Turan İnformasiya Agentliyi məlumat verib

“Təəssüf ki, bu pozuntular gözlənilməz bir şey deyil”. Demək olar ki, hər gün Ermənistan tərəfi belə təxribatçı addımlar atır. Lakin 1997-ci ildən etibarən sahə köməkçilərinin və onların rəhbərlərinin monitorinq həyata keçirdikləri bütün müddət ərzində onlardan “vəziyyətlə bağlı dəqiq qiymətləndirmə” almaq mümkün olmayıb, deyə Əzimov gileylənib
.
Vaxtilə ATƏT nümayəndələri belə bir qiymət versəydilər, “bəlkə də bu gün kimsə növbəti dəfə atəşkəs rejimini pozmaqdan ehtiyat edərdi”.

“Amma Kasprşik və onun sahə köməkçiləri hansısa naməlum səbəblərdən atəşin açıldığı istiqaməti müəyyən etməkdə çətinlik çəkdikləri üçün belə bir vəziyyət və cəzasızlıq hissi yaranır”, deyə Əzimov bildirib.

O, bunu “saxta bitərəflik” adlandırıb.

“Bununla onlar (ATƏT nümayəndələri) atəşkəs rejiminin pozulmasının davam etməsinə şərait yaradırlar”, deyə A.Əzimov bildirib.

A.Əzimov doğru qərarı “qoşunların işğal edilmiş ərazilərdən çıxarılmasında və vəziyyətin normallaşdırılmas üzrə konkret addımlarda” görür.
XS
SM
MD
LG