Accessibility links


Birləşmiş Ştatlarda sentyabr ayında 148 min yeni iş yerinin açıldığı, işsizlik səviyyəsinin isə son beş ildə ən aşağı səviyyəyə endiyi bildirilir.

Hökumətin açıqladığı hesabatda avqust ayı ilə müqayisədə 0,1 faiz artaraq, 7,2 faiz təşkil etdiyi bildirilir. Dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi olan ABŞ üçün bu, 2008-ci ildə iqtisadi tənəzzül başlayandan sonra ən yaxşı göstərici hesab edilir.

İş yerlərinin sayı ilə bağlı göstəricinin yuxarı olmaması ABŞ hökumətinin 16 gün qismən bağlanmasından öncə iqtisadi inkişafda zəifləməyə işarə kimi qəbul edilir. Hökumətin qismən bağlanmasının ölkəyə 24 milyard dollara başa gələcəyi təxmin edilir. Hökumət avqust ayında açılmış yeni iş yerlərinin sayının əvvəl göstərildiyi kimi 169 min deyil, 193 min olduğunu bildirir.

ABŞ hökumətinin bildirdiyinə görə, yeni iş yerləri tikinti, topdansatış ticarət, nəqliyyat və anbar-saxlanma sahələrində artıb.

İşsizlik reytinqi ABŞ iqtisadiyyatının bir neçə il bundan əvvəl iqtisadi tənəzzüldən tədiricən bərpa olduğuna görə zəif sürətlə azalır.
XS
SM
MD
LG