Accessibility links

Barış Heydəri: Oğlum artıq atasının zindanda olduğunu bilir [Audio]


Mahmud Fəzli (solda) və Barış Heydəri oğlu Atilla ilə (sağda)
Mahmud Fəzli (solda) və Barış Heydəri oğlu Atilla ilə (sağda)
“Həsən Ruhaninin prezident seçilməsindən sonra bəzi iranlı siyası məhbusların vəziyyəti yaxşılaşıb, amma azərbaycanlı məhbuslarla bağlı heç nə dəyişməyib.” Bunlar Kərəcin Rəcayi-şəhr zindanında saxlanılan doqquz il həbsə məhkum olmuş Yeni GAMOH təşkilatı liderlərindən biri olan Mahmud Fəzlinin həyat yoldaşının sözləridir. Barış Heydəri Amerikanın Səsinə müsahibədə ötən dekabrın 31-dən həbsdə saxlanılan həyat yoldaşı və Yeni GAMOH-un digər dörd liderinin durumunu şərh edib. O, həmçinin doqquz aydan artıqdır atasının evə dönməsini gözləyən kiçik oğlu Atilla haqda danışıb.

Barış Heydəri: Oğlum artıq atasının zindanda olduğunu bilir
please wait

No media source currently available

0:00 0:17:40 0:00

Barış Heydərinin sözlərinə görə, beş milli fəal Təbriz zindanında aclıq aksiyasına başladıqdan sonra iyul ayından Kərəcin Rəcayi-şəhr zindanına sürgün edilib və hələ də onların yenidən Təbriz zindanına köçürülmələrinə icazə verilmir. O, həyat yoldaşı Mahmud Fəzli, eləcə də digər dörd məhbus Lətif Həsəni, Yürüş Mehrəlibəyli (Ayət), Şəhram Radmehr və Behbud Quluzadənin sağlıq durumu ilə bağlı məlumat verib.
“Aclıq aksiyasını yeni dayandırdıqları zamana görə daha yaxşıdırlar, ancaq indi də sağlıq problemləri var. Bir ay aclıq onların canına çox təsir buraxıb. Mədə və böyrək xəstəliklərindən əziyyət çəkirlər,” deyə Barış xanım bildirir.

Aclıq aksiyasını yeni dayandırdıqları zamana görə daha yaxşıdırlar, ancaq indi də sağlıq problemləri var. Bir ay aclıq onların canına çox təsir buraxıb. Mədə və böyrək xəstəliklərindən əziyyət çəkirlər.
İranda təhlükəsizlik qurumları tərəfindən nəzarət altına alınan siyasi fəallar adətən sorğu-suala çəkildikdən sonra müvəqqəti olaraq zəmanət qarşılığında sərbəst buraxılar və məhkəmənin keçirilməsini gözləyərlər. Lakin Yeni GAMOH üzvləri sorğu-sual və məhkəmə prosesindən hökmün qətiləşməsinə qədər həbsdə saxlanılıblar:

“Həyat yoldaşımın zəmanətlə müvəqqəti buraxılması üçün çox çalışdım. Qəbul etmədilər. Atasının xərçəng xəstəliyi üzündən yatırıldığı zaman onun tibbi sənədlərini prokurorluğa apardım, ancaq atasını ziyarət etməyə belə buraxmadılar. Sonra, atası vəfat etdi. Məsullara müraciət edib, ən azı məmurların müşayiəti ilə dəfn mərasiminə qatılması üçün icazə istədik... yenə də icazə vermədilər. Halbuki, İran qanunlarında məhbuslar birinci dərəcə yaxınlarının dəfn mərasimində iştirak etmək hüququna malikdir,” deyə milli fəalın xanımı söyləyir.

Mahmud Fəzli və oğlu Atilla
Mahmud Fəzli və oğlu Atilla
Mahmud Fəzli xanımı və kiçik oğlu Atillanın yaşadığı Təbrizdən təqribən 600 kilometr uzaqda olan Kərəcin Rəcayi-şəhr zindanında saxlanılır. Barış Heydərinin dediklərinə görə, onlar ancaq üzbəüz görüşmə imkanı veriləndə Kərəcə gedirlər: “Görüşmə şüşə arxasından olanda getmirik. Həm uzaq olduğu üçün həm də Atillanın atasını şüşə araxasında gördüyünü istəmirəm. Atilla atasının zindanda olduğunu bilir, amma zindanın tam olaraq nə olduğunu bilmir.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG