Accessibility links

Elm

Təhlükəli hava fenomeni - istilik dalğaları


Çində istilik dalğası

Çində istilik dalğası

İstilik dalğaları əvvəlcədən proqnozlaşdırılması çətin olan hava şəraitləri kimi öldürücü ola bilər. Son araşdırmalara görə, atmosferdə aşkarlanan yeni hava cərəyanları xəbərdarlıq sistemini gücləndirməklə yanaşı, həyatların xilasına yardım edəcək.

2003-cü ildə Avropada istilik dalğaları 50 min insan həyatına başa gəlib. 2006-cı ildə yüksək temeperatur Kaliforniyada 600 insanın həyatına son qoyub.

Tədqiqatçılar sinoptiklərə yardım məqsədi ilə müxtəlif araşdırmalar ararır.

Əvvəllər biz əsas diqqəti tropik ərazilərə, quruya yaxud dəniz səthinə yönəldirdik ki, fəsillər barədə proqnozlar əldə edək.
İqlim üzrə alim Hiyan Tenq deyir ki, istilik dalğalarını qabaqcadan proqnozlaşdıramq üçün indi əsas diqqət hava dövriyyələrinin nizamını əks etdirən atmosferə verilir. Koloradoda yerləşən Atmosfer Tədqiqatları Mərkəzi şimal yarımkürəsində 12 min illik kompüter simulyasiyası keçirib.

Alimlərin dediyinə görə, 20, 30, və ya 50 illik müşahidələrdənsə, daha uzunmüddətli müşahidələr 6000 istilik dalğasına dair məlumat əldə edilməsinə yardım edib

Computer HopeKompüter modeli temperaturun yüksəlməsindən əvvəl cərəyanları müəyyən edir. Yuxarı və aşağı təzyiqlərin əvəzlənməsi ilə tezliklər müəyyən edilir.

“Bu atmosferdən yuxarıda, troposferdə özünü büruzə verir ki, ondan iki həftə sonra istilik dalğası başlanır,” deyə Hiyan Tenq bildirir.

Cərəyanlar oduqca dəqiq sənədləşdirilib. Lakin ilk dəfə olaraq bu göstəricilər ifrat hava şəraiti ilə əlaqələndirir. Alimlər hesab edir ki, hava cərəyanları təbiətin cərəyanlarıdır. Bunlar temperaturu dəqiqliyi ilə müəyyən etməsə də təxminlərə yardım edəcək.
XS
SM
MD
LG