Accessibility links

Unikal meşəsalma layihəsi


BiodiversiTree layihəsindən öncə bu sahədə 35 il ərzində qarğıdalı becərilirdi

BiodiversiTree layihəsindən öncə bu sahədə 35 il ərzində qarğıdalı becərilirdi

İnsanın meşələrə böyük ehtiyacı var. Planetimizin 30 faizini tutan meşələr bəşəriyyəti nəfəs aldığımız oksigen, bitki və heyvanatla təmin edir, Yer kürəsini karbon dioksid zəhərlənməsindən qoruyur.

Lakin meşələr xəstəliklər, həşarat və iqlim dəyişikliyi təhlükəsi qarşısındadır. Hazırda Smitsonian Ətraf Mühit Araşdırmaları Mərkəzində nəhəng bir layihə üzərində iş gedir.

Smithsonian Ətraf Mühit Araşdırmaları Mərkəzinin ağaçlıqları və təpəlikləri arasındakı yeni meşə salınıb. Hələ altı ay əvvəl bu sahə qarğıdalı tarlası idi.

Bu gün isə burada BiodiversiTree layihəsi həyata keçirilir. Hər şey qaydasında getsə gələn yaz 25 hektarlıq 10 sahədə 24 min fidan olacaq.

Biz müəyyən etməyə çalışırıq ki, görən müxtəlif çeşidli bitkilərdən ibarət ekosistem cüzi sayda bitkiləri olan ekosistemdən daha yaxşı fəaliyyət göstərir.
Planı hazırlayan alim Con Parkerin dediyinə görə, burada müxtəlif növ ağaclar əkilib. O, çeşidli növlərdən istifadə edilməsinin ekosistemə təsiri müəyyən edəcəyini deyir.

Bundan əvvəl daha kiçikmiqyaslı layihə müxtəlifliyin zərəvericiləri azaltdığını və ağacların daha sağlam qaldığını müəyyən edib. Parker buna uzunmüddətli və daha böyük miqyasda nail olmaq istəyir.

100 illik bu layihənin 125 sahəsində 1,4 və 12 çeşidli ağaclar əkilib. Onların hər biri nadir araşdırma fürsəti yaradır.

BiodiversiTree layihəsinə Şimali Amerikaya doğma olan 16 ağac növü yer alır.

BiodiversiTree layihəsinə Şimali Amerikaya doğma olan 16 ağac növü yer alır.

Layihənin hazırlanmasına yardım edən Suzan Kuk-Pattonun dediyinə görə, həşaratların yarpaqları yeməsini araşdırmaqla, ağacların gücü müəyyən edilir.

Yarpaqlar laboratoriyalarda tətqiq edilir və onların araşdırılması landşaftın zamanla necə dəyişəcəyinin müəyyənləşdirilməsinə yardım edir.

24 min ağacın əkilməsinə 100 könüllü yardım edib. Alimlər bu layihənin fiziki mənfəəti olduğunu da bildirir.

BiodiversiTree layihəsinin sualları cavablandırmaq üçün bir əsr vaxtı var.
XS
SM
MD
LG