Accessibility links

Azərbaycanlı Ramsfeld təqaüdçüsü Amerika təcrübəsindən danışır [Video]


Azərbaycanlı Ramsfeld təqaüdçüsü
please wait

No media source currently available

0:00 0:06:13 0:00

Azərbaycanlı Ramsfeld təqaüdçüsü

Ramsfeld təqaüdçüsü olaraq Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Çin üzrə mütəxəssis qismində çalışan Rəşad Kərimov proqram haqda təəssüratlarını Amerikanın Səsi ilə paylaşıb.

Amerikada olduğu müddətdə bir sıra ictimai-siyasi xadimlərlə və beynəlxalq münasibətlər üzrə ekspertlərlə təmasda olmuş cənab Kərimov bu görüşlərin maraqlı olduğunu qeyd edir. Onun sözlərinə görə Zbiqnev Brzejinski və Donald Ramsfeld kimi ABŞ siyasi tarixində iz qoymuş insanlarla təmaslar yaddaqalan hadisələr sırasında olub.

Rəşad Kərimovun proqram təcrübəsi təkcə Vaşinqtonla məhdudlaşmayıb. Amerikada olduğu müddətdə o, ölkənin müxtəlif guşələrinə getmiş, Reno və San Dieqo şəhərlərində olmuşdur. Birləşmiş Ştatlarda gördüklərindən xoş təəssüratlar aldığını deyən cənab Kərimov Ramsfeld proqramının ABŞ-Azərbaycan münasibətlərinə töhfəsini müsbət qiymətləndirib.

ABŞ-ın sabiq müdafiə naziri Donald Ramsfeldin təsis etdiyi fondun 6 həftəlik proqramı çərçivəsində hər il 10 ölkədən seçilmiş nümayəndələr ABŞ-da təcrübə keçir. Bu ölkələr sırasına Azərbaycanla yanaşı, Ermənistan, Gürcüstan, Orta Asiya ölkələri və Monqolustan daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG