Accessibility links

Şəki məhkəməsinə insanlar buraxılmır


Şəki məhkəməsinə insanlar buraxılmır
please wait

No media source currently available

0:00 0:01:02 0:00

Noyabrın 4-də yerli vaxtla saat 14.00-da Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı məhkəmə prosesi üzrə hazırlıq iclası olacaq. Artıq Şəki Ağır Cinayətlər Məhkəməsinin ətrafında çoxsaylı polis-patrul avtomobilləri və polislər var. Amerikanın Səsinin müxbirinin Şəkidən verdiyi xəbər görə, Bakıdan və İsmayıllıdan məhkəməni izləmək üçün çoxsaylı insanlar Şəkiyə gəlib. Şəkiyə gələnlər arasında REAL Hərəkatının, Müsavat Partiyasının, çoxsaylı gənclər təşkilatlarının fəalları var. Polis onların məhkəmə binasına daxil olmasına imkan vermir. Jurnalistlər məhkəməyə buraxılmayıb.

XS
SM
MD
LG