Accessibility links

Video

“Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvlərinin məhkəməsi başlayır


Noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə”Nida” Vətəndaş Hərəkatı və “Azad Gənclik” Təşkilatının həbsdə olan üzvlərinin cinayət işi üzrə məhkəmə prosesləri başlayır. Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə Bakı Ağır Cinayətlər Məhkəməsinin binası çox saylı polis əməkdaşları tərəfindən əhatəyə alınıb: "Məhkəmə binası qarşısında və binanın arxasında post patrul maşını dayanıb. Məhkəmə binası demək olar ki, polislərlə əhatə olunub. Prosesdə iştirak etmək istəyən 100-a yaxın vətəndaş isə hələ ki, prosesin başlayacağı vaxtı gözləyir. Prosesi izləməyə Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli də gəlib" . “Bu gənclər gunasız gənclərdir.Onlar öz Konstitutsion-vətəndaşlıq borcunu yerinə yetiriblər.Aksiya keçiriblər.aksiyaya görə adamları tutmaq olmaz.”deyə o bildirib.

XS
SM
MD
LG