Accessibility links

Dəməşqin mərkəzi meydanlarından birində bomba partlayışı olub


Suriyanın dövlət xəbər agentliyinin bildirdiyinə görə, bu gün Dəməşqin mərkəzi meydanlarından biri olan Hecazda baş verən bomba hücumu zamanı 8 nəfər ölmüş, bir neçə nəfər yaralanmışdır.

Partlayışın paytaxtda həyata keçirildiyini bildirən SANA xəbər agentliyi bu hücumun arxasında kimlərin dayandığı barədə məlumat verməyib.

Prezident Bəşar Əl-Əsədə qarşı mübarizə aparan qruplaşmalar son zamanlar paytaxtda da bomba və qumbara hücumları həyata keçirir.

XS
SM
MD
LG