Accessibility links

Filippinin mərkəzi bölgəsində torpaq sürüşmələri, güclü dağıntılar və 3 nəfərin ölümünə səbəb olan tufan indiyədək qeydə alınan ən güclü tufandır. "Yolanda" tufanı zamanı küləyin sürəti saatda 350 km olub. Adaların çox yerində elektrik enerjisinin kəsildiyi deyilir.

Bu gün "Haiyan" tufanı Layte və Samar adalarını vurub. Tufan səbəbindən 29 vilayətdən 700 mindən çox insan evakuasiya edilib. Təbii fəlakətin böyük dağıntılara səbəb olduğu bəzi bölgələrə getmək mümkün olmadığı üçün dəyən zərərin miqyasını müəyyən etmək də mümkün deyil.

Filippin prezidenti Benino Akino milli televiziya ilə xalqa müraciət edərək, təhlükəli yerlərdən uzaq durmağa çağırıb.

Metereoloqlar "Hayian" tufanının keçənilki "Bopha" qasırğasından daha təhlükəli olacağından ehtiyat edir. Keçən il Bopha qasırğası azı 1100 nəfərin ölümünə səbəb olmuşdu.
XS
SM
MD
LG