Accessibility links

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri görüşəcək


Dağlıq Qarabağ
Dağlıq Qarabağ

Görüş noyabrın 28-29-da Strasburqda olacaq

“Fransa münaqişə tərəfləri arasında təmasları, o cümlədən vətəndaş cəmiyyəti səviyyəsində əlaqələri dəstəkləyir”. Bu barədə bu gün Fransanın Azərbaycandakı səfiri Paskal Monye jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, noyabrın 28-29-da Strasburqda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Görüşün yekunları əsasında birgə bəyannamənin imzalanması nəzərdə tutulub.

Səfir Azərbaycan və Ermənistan prezidentinin noyabrın 19-da Vyanada keçirilən görüşünü müsbət hadisə kimi qiymətləndirir.

“Onlar yeni görüş hazırlayırlar. Bu, o deməkdir ki, iki ölkə arasında dialoqun yaxşılaşmasına yeni impuls verilib. Fransa təbii ki, bunu dəstəkləyir”.
XS
SM
MD
LG