Accessibility links

Fransız alimlər: Yasir Ərəfat zəhərlənməyib


Yasir Ərəfatın dul xanımı deyir ki, fransız alimlərin sabiq Fələstin liderinin ölümü ilə bağlı apardıqları təhqiqat mərhumun zəhərlənmədən öldüyünü inkar edir.

Çərşənbə axşamı sızdırılan hesabatda fransızlar Ərəfatın “ümumi infeksiyadan” vəfat etdiyini bildirirlər.

Bu tapıntı isveçrəli alimlərin noyabrda apardıqları təhqiqatın nəticələrinə ziddir. Həmin araşdırmada Ərəfatın cəsədində qeyri-adi dərəcədə yüksək polonium maddəsi aşkar olunduğu və Ərəfatın “güman ki, təbii səbəblərdən ölmədiyi” yazılmışdı.

Suha Ərəfat meydana çıxan təzaddan təsirləndiyini bildirib və əlavə edib ki, o, ərinin ölümünə görə heç kimi qınamır.

Bir neçə ölkədən gəlmiş alimlər Ərəfatın nədən öldüyünü və burada poloniumun rol oynayıb-oynamadığını müəyyən etməyə çalışıblar.
XS
SM
MD
LG