Accessibility links

Dünya miqyaslı dövlət xadimi və 27 illik həbsdən sonra Cənubi Afrikanı aparteid rejimindən xilas etmiş Nelson Mandela vəfat edib. Bu məlumatı Cənubi Afrikanın prezidenti Ceykob Zuma açıqlayıb. Mandelanın 95 yaşı var idi.

Sabiq prezident son aylarda səhhətində ciddi problemlərlə üzləşirdi. Onun ağ ciyərində baş verən infeksiyalar Cənubi Afrika liderinin tez-tez xəstəxanaya aparılması ilə nəticələnirdi.

Yaşlaşmadan və xəstəlikdən zəifləyən Mandela doğma Şərqi Keyp vilayətində uşaqlıq evində sakit həyat keçirməyə üstünlük verirdi. O, buranın onun üçün ən rahat yer olduğunu deyərdi.

İctimaiyyət arasına nadir hallarda çıxmasına baxmayaraq, o, millətin ürəyində xüsusi yerə sahib idi.

Aparteidin yaralarından sağalmağa çalışan millət üçün Nelson Mandela mənəvi kompasa çevrilmişdi.

Onun azlıqda olan ağların idarəçiliyinə etirazı və irqi ayrıseçkiliyə qarşı mübarizəsi dünya ictimaiyyətinin hiddətini 1994-cü ilədək Cənubi Afrikada hökmranlıq edən aparteid rejiminə yönəltməyə nail oldu.
XS
SM
MD
LG