Accessibility links

ABŞ müdafiə naziri Pakistana səfər edir


ABŞ müdafiə naziri sabah Pakistana səfər edir. Cak Heygel səfəri çərçivəsində Pakistanın baş naziri Nəvaz Şəriflə görüşməlidir.

Bundan əvvəl Əfqanıstanda olan nazir o ölkənin müdafiə nazirini prezident Həmid Karzayın etirazına baxmayaraq, ABŞ-la təhlükəsizlik sazişinin vaxtında imlanacağını deyib. Heygel Bismillah Xan Məhəmmədlə dünən Kabildə görüşüb.

Əfqanıstan prezidenti aprel ayında keçiriləcək prezident seçkilərinədək ABŞ-la təhlükəsizlik razılığını imzalamayacağını deyib.

2015-ci ilin yanvar ayının 1-də qüvvəyə minəcək razılığa görə ABŞ-ın hərbi və mülki personalının 10 il, bəlkə də daha artıq müddətə Əfqanıstanda qalmasına yol açacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG