Accessibility links

Əlirza Ərdəbilli: Azərbaycan türkü Milli Hökümətə Sovet və İran perspektivi ilə baxmır [Audio]


Əlirza Ərdəbilli

Əlirza Ərdəbilli

“Bu gün Azərbaycan türkü artıq Seyid Cəfər Pişəvərinin qurduğu Azərbaycan Milli Hökümətini Sovet ya İran perspektivi əsasında dəyərləndirmir, özünəməxsus yeni bir baxışı vardır,” deyə Tribun saytının reaktoru bildirir. Amerikanın Səsinə müsahibədə Əlirza Ərdəbilli 1945-46 illərdə güneydə qurulmuş Azərbaycan Milli Hökümətinə fərqli perspektivlərdən baxan Sovet, İran və Azərbaycan tarixçiliklərini dəyərləndirib.


Cənab Ərdəbillinin sözlərinə görə, uzun illər Milli Hökümətin mahiyyəti və tarixi Azərbaycanda hakim olan Sovet və İran baxışı ilə anladılıb, ancaq bu gün bu önəmli tarixi hadisə ilə bağlı Azərbaycan türklərinin özlərinəməxsus müstəqil baxışları formalaşmaqdadır.
Sovet tarixçiliyində rusların öz imperialist çıxarları istiqamətində hərəkət etdiyi gizlədilir, eləcə də Azərbaycanın istər quzeyi istər güneyində gerçəkləşən demokratik islahatlar, milli uğurlar və mədəni inkişafların tamamı rusların Azərbaycan xalqına bağışladığı lütf və mərhəmət kimi təqdim edilir.
“Sovet tarixçiliyində rusların öz imperialist çıxarları istiqamətində hərəkət etdiyi gizlədilir, eləcə də Azərbaycanın istər quzeyi istər güneyində gerçəkləşən demokratik islahatlar, milli uğurlar və mədəni inkişafların tamamı rusların Azərbaycan xalqına bağışladığı lütf və mərhəmət kimi təqdim edilir,” deyə güneyli yazar söyləyir.

Jurnalist əlavə edir ki, Milli Hökumət Sovetlərin hərbi yardımı ilə qurulan bir çox başqa hökumətlərdən öz proqressivliyinə və tərəqqipərvərliyinə görə xeyli fərqli idi. “Həmin dövrlərdə Şərqi Avropa ya Əfqanistan kimi ölkələrdə Sovetlərin yardımı ilə təşkil olmuş hökümətlərə baxdığımızda, onlarda Seyid Cəfər Pişəvərinin öndərliyi ilə qurulmuş hökümətdə mövcüd olan mütərrəqi qanunlar və düşüncələri görmürük.” Burada cənab Ərdəbilli Azərbaycan türklərinin prosesə öz töhfələrini mühüm element kimi qiymətləndirir.

Computer HopeOnun dediklərinə görə, İran baxışı da Milli Höküməti Sovetlərin qurmuş olduğu bir hakimiyyət kimi göstərir və Azərbaycan türklərinin prosesdəki rolunu tamamilə inkar edir.

Əlirza Ərdəbillinin fikrincə Sovet və İran baxışının ortaq məqamları ikisinin də güney və quzey Azərbaycanı ayrı varlıqlar kimi görməsidir. “Onlar Güney və Quzey Azərbaycan toplumları arasındakı güclü bağı görməzdən gəlir,”deyə jurnalist vurğulayır.

Azərbaycanlı yazar son illərdə həyata keçirilən araşdırmalar, o cümlədən “Soyuq Müharibənin Astanasında: İran Azərbaycanı üzərində Sovet-Amerika böhranı, 1941-1946” kitabının müəllifi Cəmil Həsənlinin üzə çıxardığı sənədlər, habelə Stalinin Pişəvəriyə yazdığı tarixi məktubun yayılmasının Azərbaycan baxışının formalaşmasında önəmli rol oynadığını deyir.
XS
SM
MD
LG