Accessibility links

Banqladeş Ali Məhkəməsi sonuncu dəqiqədə təqdim olunan appelyasiya müraciətini rədd etdikdən bir neçə saat sonra mühaibrə cinayətlərində ittiham olunan müxalifət lideri edam olunub.

Banqladeş rəsmiləri Abdul Qadir Mollanın yerli vaxtla gecə saat 10-da edam edildiyini təsdiqləyiblər.

Amerikanın Səsinin paytaxt Dhakadakı müxbiri atmoferin gərgin olduöu şəhər küçələrində çox sayda təhlükəsizlik qüvvələrinin keşik çəkdiyini xəbər verir. Mollanın mənsub olduğu Camaate İslami partiyası xalqı Bazar günü ümummilli tətilə çağırıb.

Molla Banqladeşin 1971-ci ildə Pakistanla müstəqillik mübaribəsi apardığı zaman müharibə cinayətləri törətməyə görə məhkum olunub. Tənqidçilər deyirlər ki, edam gələn ay nəzərdə tutulan seçkilər ərəfəsində zorakılıqların vüsət almasına yol aça bilər.
XS
SM
MD
LG