Accessibility links

Birləşmiş Ştatlar öz vətəndaşlarını Cənubi Sudanın üsyançıların nəzarətində olan Bor şəhərindən təhlükəsiz şəkildə çıxardığını bəyan edib. Şəhərdə üsyançılarla hökumət qüvvələri arasında döyüşlər hələ də davam edir.

Dövlət Departamenti rəsmiləri bildirir ki, bu gün səhər ABŞ vətəndaşları və başqa "tərəfdaş ölkələr"in nümayəndələri BMT və Birləşmiş Ştatlara məxsus mülki vertolyotla Bor şəhərindən paytaxt Cubaya aparılıb. Bir gün əvvəl isə ABŞ ordusu bildirmişdi ki, oxşar əməliyyat zamanı ABŞ təyyarəsi naməlum silahlılar tərəfindən vurulmuş və nəticədə Birləşmiş Ştatların 4 hərbi personalı yaralanmışdı.

Cənubi Sudan hökuməti üsyançılar ınConqley ştatının Bor şəhərini dağıtdığını deyib.

Ölkədə işğişaşlar keçən həftə Cubada Dinka etnik qrupunun üzvü prezident Salva Kiirin keçmiş vitse-prezident Riek Maçarı hərbi çevrilişdə ittiham etməsindən sonra başlayıb.
XS
SM
MD
LG