Accessibility links

Amerika xaricdən gəlmiş müsafirlərdə necə təəssürat bağışlayır? Thoughcatalog.com-da dərc olunan bu müşahidələr Birləşmiş Ştatlarda həyat haqda bir çox turist kitabçalarından daha dolğun məlumat verir.


Rakib İslam, Banqladeş:

Meyvə-tərəvəz ət və toyuqdan bahadır.

Yoxsullar varlılardan kökdürlər.

Çox sayda ailələr övladlığa yad uşaqları götürür və onları öz övladları kimi böyüdürlər.

İşçilər öz müdirlərinə qısaldılmış adla müraciət edirlər – Bob, Tom, Jim və s.

Uşaqlarına fiziki cəza verən valideynlər həbs oluna bilər.

Yüksək kalorili fast food köklüyün başlıca səbəblərindən sayılır.

Yüksək kalorili fast food köklüyün başlıca səbəblərindən sayılır.

İfrat yoxsulluq və evsizlik.

Amerika sözün əsl mənasında nəhəngidr. Mənim yaşadığım Florida ştatı doğulduğum ölkə boydadır. Və Amerikada 50 belə ştat var.

Amerikalıları futbol üzrə dünya kuboku maraqlandırmır, hətta ABŞ milli komandası çempionatda iştirak etsə belə.

Amerikalılar mehriban, köməkcil və qonaqpərvərdirlər, amma rahat özəl həyat yaşayırlar.

21 yaşınadək alkoqollu içki ala bilməzsən, amma 18 yaşından etibarən silah ala bilərsən.

Triva Bhattaçarya, Hindistan

İnsanlar burada GPS-qurğusundan – kompüter yol bələdçisindən çox asılıdırlar. Onsuz yola çıxmırlar.

Hindistanda hamı özü ilə nağd pul gəzdirir. Amerikada insanlar alış-veriş üçün çox vaxt kredit kartdan istifadə edirlər.

Çay pulu. Özəl xidmətlərin böyük əksəriyyəti üçün amerikalılar nəzərdə tutulmuş qiymətdən əlavə “tip” yəni çay pulu verirlər.

Hindistanda ictimai tualetlərə ayaq basmaq mümkün deyil. Amerikada ictimai ayaq yolları çox təmiz, avtomatlaşdırılmış olur.

Əhalinin seyrək olduğu bir çox ştatlarda sürət limiti saatda 75 mil – 121 kilometrdir.

Əhalinin seyrək olduğu bir çox ştatlarda sürət limiti saatda 75 mil – 121 kilometrdir.

ABŞ-da sürət limiti xeyli yüksəkdir. Bəzi yerlərdə saatda 121 kilometr sürətlə maşın sürməyə icazə verilir.


ABŞ şəhərlərində çox sayda küçə ifaçıları var. Union yaxud Tayms meydanında ifa edən musiqiçilər, rəqqaslar, janqlyorlar çox əyləncəlidir. Onlar pis qazanmırlar.

Avropalılardan fərqli olaraq, amerikalılar dindardırlar. Metroda, ictimai yerlərdə insanların İncildən, Tövratdan moizələr oxuması normal hal sayılır.

Britt Smith, Quyana

Amerikalılar itlərə az qala adam yeməyi yedizdirirlər.

Ərzaq israfçılığı. Xüsusən məktəblilər çox vaxt yeməklərini sadəcə tullayırlar.

Amerikalılar bir yerə qonaq gedəndə adətən baş çəkdikləri adamın evində yox, oteldə qalırlar.


Natalia Rexter, Rusiya:

Fərdi evlər çox böyükdür.

Rusiyada xeyriyyəçilik ənənəsi yoxdur. Çox adam amerikalıların niyə bu qədər pul ianə etdiklərini başa düşmür, yaxud onları pis motivlərlə yozur.

Adamlar heç yerə ayaqla getmirlər. Onlar hər yerə maşınla gedirlər.

Orta məktəblərdəki idman kompleksləri yüksək səviyyədə inşa olunub.

Əksər məktəblərin öz orkestri, xoru, teatrı var. Hamısı da peşəkar və pulsuz.

18 yaşına çatmış hər bir amerikalının konstitusional silah saxlamaq hüququ var.

18 yaşına çatmış hər bir amerikalının konstitusional silah saxlamaq hüququ var.

Hər ştatın geniş muxtariyyatı var.

Prezidentin maaşı plastik cərrahın maaşı qədərdir.

Prezident avtomatik ölkənin ən varlı adamı olmur.

ABŞ-da çox şey hökumət tərəfindən idarə olunmur.

Uşaqlardan gözlənti budur ki, 18 yaşına çatdıqdan sonra evi tərk etsinlər.

Amerikalılar özünü–tənqidə açıqdırlar.

Milyonlarla adamın tibbi sığortası yoxdur.

Bəzi xəstəxanalar beşulduzlu otelə bənzəyir.

Həkimlər xəstələrə hər şeyi açıq deyir.

Aditiya Lesmana

Supermarketlərdə mallar çox ucuzdur. 3 dollara bir qutu Haagen Dazs dondurması satılır. 24 banka Coca Cola-nın qiyməti 6 dollardır.

ABŞ-da prezident ölkənin ən varlı adamı olmur.

ABŞ-da prezident ölkənin ən varlı adamı olmur.

Kredit göstəricisi çox mühümdür. Amerikada hamının maliyyə durumu onun kredit göstəriciləri ilə müəyyən edilir. Bu hesab kreditorlara adamın nə dərəcədə etibarlı olub-olmadığını deyir.


Amerikada kök adamlar çoxdur. Bəzi adamlar o qədər kökdürlər ki, hərəkət etmək üçün xususi avto-arabalardan istifadə etməli olurlar.


Riona MacNamara

Müştəriyə xidmət çox yaxşıdır. Ticarət mərkəzində xadimə “Sizə necə kömək edə bilərəm?” soruşanda, doğrudan da məqsəd sizi başdan açmaq deyil.

İçkilər havayı yenidən doldurulur.

Din mühümdür. Ağ Evdə dua naharları keçirilir. Ali təhsilli adamlar dünyanın Allah tərəfindən yaradıldığına inanırlar. Çox adam kilsəyə gedir.

Cəmiyyətdə nikaha böyük önəm verilir.

Show comments

XS
SM
MD
LG