Accessibility links

ABŞ-da işsizliyin səviyyəsi dekabrda kəskin enərək 6.7 faizə düşüb. Əlavə 74,000 iş yerinin açılması ilə ABŞ-da işsizlik son beş ildə ən aşağı səviyyədə qərar tutub.

Noyabr ayında işsizlik 7 faiz təşkil edirdi.

ABŞ əmək statistiki Erka Qroşen deyir ki, işsizliyin azalmasına əsas səbəblərdən biri də iş axtamarğı dayandırmış adamların siyahıdan çıxması olub. Belə ki, onlar artıq hökumət tərəfindən işsiz kimi sayılmır.

2008-ci ildə ABŞ iqtisadiyyatı tənəzzülə uğrayandan bəri işsizlik Amerikada 7 faizdən yuxarı qalıb.

2008-ci ildə ABŞ iqtisadiyyatı tənəzzülə uğrayandan bəri işsizlik Amerikada 7 faizdən yuxarı qalıb.

O, Konqresin iqtisadiyyat üzrə paneli qarşısında bildirib ki, işsizliyin azalması üzrə statistika ABŞ iqtisatiyyatı üçün yaxşı göstərici deyil.

“Bu, çoxlu iş yerlərinin yaradılmasından qaynaqlanan eniş deyil. Bu, heç də iqtisadiyyatın güclənməsinə dəlalət etmir,” deyə o bildirib.

2008-ci ildə ABŞ iqtisadiyyatı tənəzzül edəndən bəri işsizlik Amerikada 7 faizdən yuxarı olub. 2013-cü il ərzində bu rəqəmdə 1.2 faiz azalma müşahidə edilib.
XS
SM
MD
LG