Accessibility links

Türkiyədə siyasi böhran Avropa İttifaqı ilə danışıqları əngəlləyir [Təhlil]


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu həftə Brüsselə səfəri mühüm addım kimi qiymətləndirilir. Belə ki, Türkiyənin üç il əvvəl dondurulan Avropa İttifaqına üzlük məsələsinin müzakirəsi bərpa edilir. Milliyet qəzeti və Al-Monitor veb səhifəsinin iqtisadçı yazarı Kadri Gürsel Ərdoğanın ölkədəki qalmaqala görə çətinliklərlə üzləşəcəyini deyir.

Türkiyədə vüsət alan etiraz dalğası baş nazirin legitimliyinə ciddi zərbə endirib.

Türkiyədə vüsət alan etiraz dalğası baş nazirin legitimliyinə ciddi zərbə endirib.

"O, legitimliyi zədələnmiş bir baş nazir kimi səfərə çıxır. Ərdoğan ciddi tənqidlərlə üzləşir. Türkiyədə qanun aliliyinin itirildiyinə dair narahtlıqlar artmaqdadır."

Ərdoğan Avropa İttifaqı və Avropa Parlamentinin aparıcı üzvləri ilə görüşməlidir. Avropa İttifaqı bu yaxınlarda Türkiyədə hakimiyyət bölgüsünə dair islahatlar planına kəskin reaksiya verib. Ərdoğan isə narahatlıqları yersiz hesab edir.

"Türkiyənin ədliyyə sistemində islahatlar aparmasına dair bəyanatlar vermək heç kəsin işi ola bilməz. Biz bunu qəbul edə bilmərik. Özümüz yazıb oxumağı bacarırıq."

Top baş nazirin meydanındadır.. Topun irəliyə və yaxud geriyə atılması onun əlindədir. Qurumun tənqidləri Türkiyənin irəlilədiyi deyil, gerilədiyinə işarədir.
Siyasi təhlilçi Cengiz Aktarın dediyinə görə, Ərdoğanın tənqidlərə münasibəti Türkiəyənin Avropa İttifaqı ilə gələcək əlaqələrərinə zərər yetirə bilər. "Ötən ilin yaxınlaşması bu il başa çata bilər. Top baş nazirin sahəsindədir. Topun irəliyə və yaxud geriyə atılması onun alindədir. Qurumun tənqidləri Türkiyənin irəlilədiyi deyil, gerilədiyinə işarədir."

Təhlilçilərin fikrincə Türkiyənin birliyə üzvlüyünə ictimai rəy çox aşağıdır. Mart ayı yerli, yayın sonu president və gələn il ümummili seçkilər üçün böyük təsir gücünə malik olacaq.

Gürsel baş nazirin Brüssellə yuxarıdan gedə biləcəyini deyir.Bu isə ona baha başa gələcək. "Əgər baş nazir seçicilərini razı salmaq üçün Avropa İttifaqına son variant kimi kəskin rəftar nümayiş etdirsə, bu, Türkiyənin legitimliyi və imecinin sonu olacaq. Hər şey iqtisadiyyata təsir edəcək. Türkiyə müəyyənliyi seçməlidir."
Ölkədəki hazırkı siyasi qeyri-müəyyənlik maliyyə bazarlarına sarsıdıcıcı təsir başışlaırb. Türkiyə valyutası dəyər itirməkdədir. Avropa İttifaqı ilə böhran isə beynəlxalq investorları ruhdan sala bilər.
XS
SM
MD
LG