Accessibility links

Güntay Gəncalp: Yeni kitabım əzbərləri pozacaq [Audio]


Güntay Gəncalp
Güntay Gəncalp
“Yeni kitabım bir çox tarixi mövzulara fərqli baxış açısı gətirərək Azərbaycan və İrandakı tarix anlayışını sorğulayacaq, əzbərləri pozacaqdır,” deyə güneyli araşdırmaçı yazar Güntay Gəncalp Bakıda yeni nəşr etdiyi Tarixin Pərdə Arxası adlı kitabı ilə bağlı Amerikanın Səsinə verdiyi müsahibəsində söyləyir.

Güntay Gəncalp yeni kitabl haqda danışır
please wait

No media source currently available

0:00 0:17:54 0:00
Direct link

Alatoran Yayınlarının nəşr etdiyi “Tarixin pərdə arxası”ında tarixdə muxtəlif hakimiyyətlər dövründə mənimsənmiş tarix anlayışının dəyərləndirilməsi ilə yanaşı, Şuubiyyə hərəkatı, Fars-İran millətçiliyini formalaşdıran kitab kimi tanınan Şahnamə əsəri, habelə İran və Azərbaycanda təbliğ olunan Novruz bayramı rəvayəti kimi xüsuslar müzakirə olunub.

Tarixin Pərdə Arxası
Tarixin Pərdə Arxası
Kitabda 10-11-ci əsrlərdə yaşayan böyük Fars şairi Əbülqasım Firdovsinin yazdığı Şahnamə əsərindəki anti-türk fikirlərin çoxunun əslində Səfəvilər vasitəsi ilə əsərə əlavə olunduğu irəli sürülüb. Bir çox güneyli yazar və araşdırmaçının fikrincə, Firdovsinin əsərində xüsusilə türklər və ərəblərə qarşı bir çox irqçi ifadələrə yer verilib.

Yalanlar və əfsanələrə dayanmış bir tarix anlayışı bir xalqın yüksəlməsinə mane olar.
Güntay Gəncalp
Güntay Gəncalp Amerikanın Səsinə müsahibəsində Şah İsmayılın əmri ilə hazırlanmış “Şah Təhmasib Şahnaməsi” adı ilə məşhur olan Şahnamə nüsxəsi haqqında danışıb. Onun dediklərinə görə, Şahnamə kitabınının İran və Azərbaycan toplumunda yayılıb, mənimsənməsi əsasən Səfəvilər dönəmində həyata keçirilib.

“Səfəvilər Osmanlını aşağılamaq üçün anti-türk fikirləri dəstəkləyib, yayıblar. Elə ki müasir tarixdə Azərbaycanda hər evdə bir Şahnamə kitabı mövcüd olub. Çayxanalarda Şahnaməxanlıq ya Şahnamə oxuma məclisləri də Səfəvilər tərəfindən başladılmışdır.” deyə güneyli araşdırmaçı söyləyib.

Gəncalpın sözünü etdiyi 268 miniatür əsərindən ibarət olan Şah Təhmasib Şahnaməsinin bir səhifəsi 2011-ci ilin aprel ayında London şəhərində 7.4 milyon funta (12 milyon dollar) satılıb. Reuters xəbər agentliyi bu satışın islami sənət əsərləri tarixində bir rekord olduğunu bildirmişdi.

Roman, tarix analizi və tərcümələrdən ibarət olan Bakıda çap olmuş bir çox kitabın müəllifi Güntay Gəncalp “Yolatayın Xatirələri” adlı romanı, eləcə də Azərbaycan Respublikası mediası və tarixçilər arasında polemikalar doğurmuş Səfəvilər əsərinin Azərbaycanda ən çox satılan kitablar sırasında olduğunu deyir.

“Yeni kitabımın da bir çox tarixi mövzulara fərqli baxış açısı gətirərək Azərbaycan və İrandakı tarix anlayışını sorğulayacaq, əzbərləri pozacaqdır... Yalanlar və əfsanələrə dayanmış bir tarix anlayışı bir xalqın yüksəlməsinə mane olar,” deyə Finlandiyada mühacirətdə yaşayan güneyli yazar əlavə edib.
XS
SM
MD
LG