Accessibility links

Bu il qış dünya boyu insanların həyatına ağır təsir göstərir [Video]


Fırtınalı hava şəraiti Britaniyanın qərb sahillərində daşqınlara və sellərə səbəb olub. Britaniyanın baş naziri Devid Kameron hökumətin hava şəraiti səbəbindən əziyyət çəkənlərə yardım edəcəyinə söz verib. Qasırğa eləcə də, İrlandiyanın cənub-qərb bölgəsindəki Kork şəhərinə də öz təsirini göstərib.

Şəhər sakinləri yerli hökumətlərin biganəliyindən şikayətlənir. Kork şəhərinin sakini deyir ki, burada vəziyyət daşqınlara qarşı heç bir sistem olmayan üçüncü dünyada olduğu kimidir.

İspaniyanın Qalisiya regonunda güclü külək səbəbindən Filippin gəmisi qəzaya uğrayıb və gəminin 5 nəfərdən ibarət heyəti vertolyotun köməyi ilə xilas edilib.


Güclü külək səbəbindən İspaniyanın Luno yük gəmisi Fransa sahillərinə çırpılaraq, iki yerə bölünüb. Gəminin işçiləri xilas olunub.

Güclü qar çovğunu Sloveniyanın Postoyne şəhərini qalın buz örtüyü ilə bağlayıb və 50 min ev işıqsız qalıb. Avstriyalı yardım işçisi Mateuş Frum özünün xilasetmə komandası ilə Postoyne şəhərinə 26 generator çatdırıb. “Biz belə bir vəziyyətlə heç vaxt rastlaşmamışdıq. Həddən artıq xaos və buz. Bu ağlasığmazdır, bizim bölgədə belə çey olmamışdı.” - deyə, Frum bildirir.

Asiyanın bir çox bölgəsində bahar festivalları keçirildiyi bir vaxt, Çinin bir hissəsi soyuq hava şəraitindən əziyyət çəkir. Tian Şopinq Çinin şimal-qərbindəki Heloncion vilayətinin sakinidir. Orada temperatur mənfi 43 dərəcə sesliyə çatıb. “Bahar gəldi, lakin burada havalar çox soyuq keçir. Mənim işim olmasaydı, heç buraya gəlməzdim.”

Birləşmiş Ştatların bir çox bölgəsi də qarın altında qalıb. Şəhərlərdə yolları təmizləmək üçün tonlarla duzdan istifadə olunub.

Bütün bunlara baxmayaraq, çoxları üçün qar şənlik və istirahət deməkdir. Minlərlə insan buzdan düzəldilmiş heykəllərə tamaşa etmək üçün Yaponiyanın Sapporo şəhərində keçirilən ənənəvi festivala gəlib.
XS
SM
MD
LG