Accessibility links

Fars dili və İranda etnik azlıqlar [Audio-Müsahibə]


Toğrul Atabay
Toğrul Atabay
“Fars dil qurumu tək dil və tək millət təməlində qurulmuş İran ulus-dövlətçiliyinin bir parçasıdır,” deyə Toğrul Atabay bildirir. Amerikanın Səsinə müsahibədə Fars dili və Ədəbiyyatı Akademiyasının mahiyyətini təsvir edən azərbaycanlı yazar və türkoloq Toğrul Atabay bu qurumun başqa dillərdə təhsil haqqı ilə bağlı fikir bildirməsinin akademik davranış olmadığını vurğulayır.

Toğrul Atabay İranda rəsmi dil siyasətini şərh edir
please wait

No media source currently available

0:00 0:17:04 0:00

Güneyli araşdırmaçı Fars dili və Ədəbiyyatı Akademiyasının qeyri-fars dillərin tədrisi ilə bağlı söhbətlərə qarşı sərt təpkisini dəyərləndirməklə yanaşı, çoxdilli İran İslam Respublikasında farscanın tək rəsmi dil olması və bu dilin muxtəlif tarixi dövrlərdəki mövqeyi ilə bağlı danışıb.

Fars dili və Ədəbiyyatı Akademiyasının bu yaxınlarda keçirdiyi toplantısında ana dilində təhsil məsələsinin gündəmə çıxması xarici dövlətlər tərəfindən planlaşdırılmış bir plan kimi dəyərləndirilib.

1925-ci ildə Farscanın bütün əhali üçün müştərək dil və ölkənin tək rəsmi dili olaraq müəyyənləşməsinə bir ingilis siyasəti kimi baxmaq olar. Farscanın bu mövqeyə gətirilməsi toplumun təsdiqi olmadan gerçəkləşib.
Toğrul Atabay
Qurumun bu cür təpkisini şovinist bir yanaşma kimi dəyərləndirən Toğrul Atabay Fars dilinin 20-ci əsrdə İranın tək rəsmi dili olaraq bütün İran əhalisinə tətbiq edilməsinin keçmişdə ingilis siyasəti olduğuna diqqət çəkib.

“Fars dil qurumunda ana dilində təhsil haqqı ilə bağlı söhbətlərin xaricdən gəlmə və İngilis siyasəti olduğunu irəli sürənlər olub. Əslində, 1925-ci ildə Farscanın bütün əhali üçün müştərək dil və ölkənin tək rəsmi dili olaraq müəyyənləşməsinə bir İngilis siyasəti kimi baxmaq olar. Farscanın bu mövqeyə gətirilməsi toplumun təsdiqi olmadan gerçəkləşib,” deyə güneyli türkoloq söyləyib.

Ədəbiyyat tarixi eksperti fars dilinin muxtəlif hakimiyyətlər dövründəki mövqeyini şərh edib. Onun dediklərinə görə, Pəhləvilərin hakimiyyətə gəlməsi və farscanın tək rəsmi dil olmasıyla İran tarixində fərqli bir dönəm başlayıb.

Toğrul Atabayın fikrincə fars dilinin rəqibsiz mövqeyi qeyri-fars xalqların dili və mədəniyyətinə ciddi ziyan vurub: “Farscanın bu mövqedə olması sadəcə yerli dilləri yox etməklə qalmır, o dillərin tarix boyu daşıdığı kültür, adət-ənənələr, mifologiya və dünya baxışını da yox edir.”

Farscanın bu mövqedə olması sadəcə yerli dilləri yox etməklə qalmır, o dillərin tarix boyu daşıdığı kültür, adət-ənənələr, mifologiya və dünya baxışını da yox edir.
Toğrul Atabay
Fars dili və Ədəbiyyatı Akademiyasının bir neçə qeyri-fars üzvü də ana dillərində təhsil məsələsinə kəskin şəkildə qarşı çıxıblar. Güneyli araşdırmaçı qurumun azərbaycanlı üzvlərinin də öz ana dillərində təhsilə mənfi münasibət bildirmələrini təhlil edib:

“Bunun bir səbəbi onların İran ulus-dövleti ideologiyasının xidmətində olduqları ilə əlaqəlidir. Başqa səbəbi isə, onların öz ana dilləri ilə bağlı cəhalət içində olmalarıdır. Çünki həmin ideologiya əsasında Türk dili aşağılanıb, Azəri dili səviyyəsinə endirilib,” deyə Türkiyənin dil institutlarında çalışan azərbaycanlı türkoloq əlavə edib.

Manqurt hekayə toplusunun yazarı həmçinin fars dilinin hakimiyyəti nəticəsində türk dilində yaza bilməyən bəzi güneyli yazarlar, o cümlədən Səməd Behrəngi, Qulam Hüseyn Saidi və Rza Bərahəninin əsərlərini post-kolonial ədəbiyyat çərçivəsində dəyərləndirib.

“Onlar türk kültürünü fars dili ilə yazıblar,” deyə Atabay bu yazarların əsərlərini təsvir edib.
XS
SM
MD
LG