Accessibility links

İran gələn il Muğanda neft hasilatına başlayacaq


Həbib Burumənd
Həbib Burumənd
Ərdəbil vilayətinin Parsabad və Biləsuvar şəhərlərinin İran parlamentindəki millət vəkili Höccətül-İslam Həbib Burumənd gələn il Ərdəbilin Muğan bölgəsində neft hasilatının başlanacağını bildirib.

“Muğanda neft hasilatı ilə bağlı neft nazirindən lazımi əmrlər alınıb. Dörd neft quyusunda kəşfiyyat və hasilat işləri aparılacaqdır,” deyə Burumənd yarı-rəsmi Fars xəbər agentliyinə müsahibədə qeyd edib.

Millət vəkili bu layihənin bölgənin iqtisadiyyatı üçün xüsusi önəm daşıdığını söyləyib. Onun sözlərinə görə, kəşfiyyat və hasilat işlərində xarici şirkətlərin də təcrübələrindən istifadə ediləcək.

Azərbaycan veb səhifələri Muğan bölgəsində başlanılacaq neft hasilatının əhali üçün fayda gətirməyəcəyini irəli sürürlər.

“Muğanda neft hasilatının başlanması ilə Azərbaycanın başqa bir xəzinəsinə basqın və qarət edilib, mərkəz bölgələrinə göndəriləcək,” deyə Günaz TV saytı yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG