Accessibility links

Mülki geyimli şəxs BDU qarşısında Tapdıq Fərhadoğlunu vurub

Amerikanın Səsinin rəhbərliyi Bakıdakı müxbiri Tapdıq Fərhadoğluna qarşı edilən hücumdan narahatlığını ifadə edir.

Fevralın 20-də Azərbaycan paytaxtında Bakı Dövlət Universitetinin (BDU) qarşısında keçirilən tələbə nümayişi zamanı Amerkanın Səsinin Bakıdakı müxbiri Tapdıq Fərhadoğluna fiziki hücum edilib. Hücumu törədən mülki geyimli şəxsin BDU mühafizə xidmətinin əməkdaşı olduğu güman edilir.

Həmin şəxs Tapdıq Fərhadoğlunun videokamerasını sındırmağa cəhd göstərmiş, sonra onu yumruq və təpiklə vurmuşdur. Amerikanın Səsinin veteran əməkdaşı olan Tapdıq Fərhadoğlu yüngül xəsarət aldığını bildirib.

Hücum baş verərkən Tapdıq Fərhadoğlu yüzlərlə tələbənin Bakı Dövlət Universitetindəki nümayişini videoya çəkirdi. Həmin nümayişdə tələbələr BDU-da həyata keçirilən yeni kredit sisteminə, habelə rüşvətxorluğa və korrupsiyaya etirazlarını bildiriblər.

Aksiya zamanı başqa jurnalistlərə də fiziki təzyiq göstərildiyi deyilir

XS
SM
MD
LG