Accessibility links

Bakı Dövlət Universitetinin tələbəsi rektorun tələbələrlə görüşündən sonra döyülüb [Video]


 Bakı Dövlət Universitetinin tələbəsi rektorun tələbələrlə görüşündən sonra döyülüb
Bakı Dövlət Universitetinin tələbəsi rektorun tələbələrlə görüşündən sonra döyülüb

Döyülmə anının videosu facebook sosial şəbəkəsində yayılıb

Bakı Dövlət Universitetində fevralın 20-də keçirilən aksiyaydan sonra rektor Abel Məhərrəmovun tələbələrlə görüşü keçirilib.

Yerli mətbuatının məlumatına görə görüşdən sonra etirazçı tələbələrdən biri döyülüb.
Döyülən tələbənin adı Hüseyn Novruzovdur.

Musavat.com saytının məlumatına görə isə tələbələrlə görüş bitdikdən sonra jurnalistlərə açıqlama verən BDU-nun tələbəsi, Hüseyn Novruzov BDU-nun mühafizəçiləri tərəfindən döyüldüyünü deyir.

Həmin döyülmə anının videosu facebook sosial şəbəkəsində yayılıb.

Bununla bağlı hələlik Bakı Dövlət Universitetindən şərh almaq mümkün olmayıb.

XS
SM
MD
LG