Accessibility links

Alimlər dünya əhalisinin təqribən 10 faizinə qədərinin disleksiyadan əzab çəkdiyini bildiirir. Belə xəstələr çap hərflərini və yazıları tərs oxuyurlar. Bu insanlar həm də visual funksiyaları ilə dinləmə funksiyasını bir arada saxlaya bilmir.

Britaniyanın Oksford Universitetinin alimi Vanessa Haror deyir ki, disleksiyası olan xəstələr diqqətlərini bir işdən başqasına yönəltməkdə çətinlik çəkirlər.

Disleksiya ilə bağlı artmaqda olan araşdırmalar göstərir ki, xəstələrin beyninin bir hissəsi hissələrin inteqrasiyasına nəzarət edə bilmir.

Özü də bu xəstəlikdən əzəb çəkən Haror tədqiqatlara rəhbərlik edib. Araşdırmalarda iştirak edənlərdən səs eşitdikdə və siqnal gördükləri an qarşılarındakı düyməni basmaları istənilib. Reaksiyaların sürəti lentə alınıb.

Məlum olub ki, eyni funksiyanı yerinə yetirənlər daha sürətli olub. Lakin müxtəlif funksiyalara diqqət yetirilməsi olduqca yavaş gedib.

Alimlər treyniqlərlə disleksiyası olanlara yardım göstərilə biləcəyini deyir. Buna video oyunlar da kömək edə bilər. Bu xəstəliyin simptomları fərqli olduğu üçün alimlər hər bir insana özünəməxsus müalicə üsulu tapmağa çalışır.
XS
SM
MD
LG