Accessibility links

Ukraynanın müvəqqəti hökuməti devrilmiş prezident Viktor Yanukoviçin həbs olunmasına göstəriş verib. Cənab Yanukoviç və onun yaxın ətrafı etirazçıların kütləvi şəkildə qətlə yetirilməsində ittiham olunurlar.

Daxili İşlər Naziri Arsen Avaxov qərarı Facebook-da yayılan bəyanatda açıqlayıb. O, sonuncu dəfə Yanukoviçin rusların çoxluq təşkil etdikləri Krım vilayətində göründüyünü bildirib, amma devrilmiş liderin dəqiq harada olduğu bəlli deyil.

Bu arada Rusiya baş naziri Dmitri Medvedev Ukraynadakı yeni hökumətin legitimliyini sual altına alıb. O, Ukraynada hakimiyyətin “silahlı üsyan yolu" ilə ələ keçiridlyini bildirib.

Rusiya xarici işlər nazirliyi Ukrayanın bəzi vilayətlərində hökumət dəyişikliyi ilə razılaşmayanlarla diktatorial üsullarla rəftar olunduğunu bəyan edib.

Bazar günü Rusiya Ukraynadakı səfirini geri çağırıb.
XS
SM
MD
LG