Accessibility links

Ukraynanın yeni lideri: Ölkəmiz müflis durumdadır


Oleksandr Turçinov

Oleksandr Turçinov

Ukraynanın müvəqqəti prezidenti deyir ki, onun ölkəsi prezident Viktor Yanukoviçin devrilməsinə gətirib çıxaran nümayişlər başlamazdan öncə kök salmış dərin iqtisadi problemlərlə üzləşir.

Prezident vəzifəsini icra edən Oleksandr Turçinov deyir ki, dünyanın başqa iqtisadiyyatları inkişaf etdiyi halda onun ölkəsi geri qalır:

"Dünyada iqtisadi dirçəliş yaşanır. Ukrayna isə uçuruma yuvarlanır."

Ukraynanın maliyyə nazirliyi bildirib ki, növbəti iki ildə çətinliklərin öhdəsindən gəlmək üçün ölkəyə 35 milyard dollar lazımdır. Müvəqqəti hökumət bu yardımın təchiz edilməsi üçün ABŞ və Avropa İttifaqına baxır.

Ayova Universitetində maliyyə üzrə professor Art Durnev deyir ki, Ukrayna iqtisadiyyatı hazırda bərbad vəziyyətdədir. Buna səbəb hökumətdəki korrupsiyadır.

"Yanukoviçin dönəmində çoxlu pul oğurlanıb. Korrupsiyaya görə onlar indi müflis durumdadırlar," deyə professor Durnev bildirir.
XS
SM
MD
LG