Accessibility links

Ukrayna İnqilabının müasir tarixdəki rolunu dəyərləndirmək hələ çox vaxt aparacaq. Amma bu olayın dünya siyasi düzənini, ən azı post-Sovet məkanını silkələdiyini əminliklə demək olar. Demokratiya dadmış milləti zorla avtoritar Rusiya əlaltısına çevirmək cəhdləri nəhəng müqavimətlə üzləşdi. Aylarla davam edən mübarizənin ardınca Prezident Viktor Yanukoviç paytaxtı tərk etməyə məcbur oldu. Etirazçılar Kiyev və Ukraynanın böyük kəsiminə nəzarəti ələ keçirdilər. Ukrayanın yaxın qonşusu olan dövlətlərdə bir çoxları bu ölkədə cərəyan edən hadisələrdən baş çıxarmağa çalışırlar. Bu sıraya həm iqtidar, həm də müxalifət qüvvələri daxildir. Bu baxımdan Ukrayna inqilabında nəzərə çarpan bəzi xüsusiyyətləri detallamaq faydalı olardı.

XALQ: İlk növbədə Ukraynada baş verənlər göstərdi ki, azadlığı uğrunda çarpışan xalq onu alır. Xalqın mübarizliyi, həmrəyliyi, iradəsi və dəyərləri siyasi proseslərdə aparıcı rol oynadı. Coğrafi baxımdan Avropaya, Baltik Respublikalarına yaxın olan qərbi ukraynalılar prezident Viktor Yanukoviçin ölkəni üzü Rusiyaya tərəf döndərmək cəhdlərini heç cür qəbul etmək niyyətində deyildilər. Onların dirənişi toplumun
“Freedom is not free!” – “Azadlıq müftə deyil!”
iradəsini əks etdirirdi və bunu əngəlləmək iqtidarında olan qüvvə sadəcə yox idi. O, da sübuta yetirildi ki, azadlığı əldə etmək üçün təkcə onu arzulamaq kifayət etmir. Azadlığı istəyən millət onun uğrunda vuruşmağa, qurbanlar verməyə hazır olmalıdır. Amerikada tez-tez səsləndirilən bir deyim var: “Freedom is not free!” – “Azadlıq müftə deyil!” Azadlıq həqiqətən də onu almaq və saxlamaq üçün bədəl ödəməyə hazır olanlarındır.

XARİCİ TƏSİR: Nəzərə çarpan mühüm amil xarici qüvvələrin təsirinin minimal olması idi. Əksər üçüncü dünya ölkələrində hərəkətsizliyə, acizliyə haqq qazandırmaq üçün istifadə olunan əsas bəhanə baş verənləri xarici qüvvələrlə əlaqələndirməkdir. Avtoritar hökumətlə üz-üzə qalmış ukraynalılar “Amerika istəsəydi, belə olardı”, “Rusiya elə istəyir, ona görə belə olur” arqumentlərinə əl atmadılar. Bəlli idi ki, Viktor Yanukoviçin Avropadan üz döndərməsinin başlıca səbəbkarı Rusiya prezidenti Vladimir Putindir. Hamı onu da görürdü ki, Avropa və
Nə Qərb dövlətləri snayperlərin yüzdən çox adamı qətlə yetirməsinin qarşısını ala bildi, nə də Putin Yanukoviçin Kiyevi tərk etməsinin.
ABŞ Ukraynanın Rusiyann əlaltısına çevrilməyinə qarşı çıxırdılar. Amma günün sonunda hadisələrin gedişatını nə Rusiya, nə də Qərb həll etdi. Zalım da ukraynalı idi, məzlum da. Vuran da ukraynalı idi, vurulan da. Qovan da ukraynalı idi, qaçan da. Nə Qərb dövlətləri snayperlərin yüzdən çox adamı qətlə yetirməsinin qarşısını ala bildi, nə də Putin Yanukoviçin Kiyevi tərk etməsinin. Qatarın sükanı əliyalın snayperlərə qarşı mübarizə aparan, Maydanı canı-qanı ilə qoruyan, Yanukoviçi paytaxtdan qovan ukraynalıların əlində idi. Ölkənin həqiqi sahibləri “böyük oyunun peşkaları” olmaqdan imtina etdilər, ölkələrinə sahib çıxdılar, bu imkanı başqasına tanımadılar, vermədilər.

MÜXALİFƏT: Maraq doğuran faktor müxalifətin hadisələrin önündə yox, yedəyində getməsi oldu. Müxalifət liderləri daim hökumətlə razılığa gəlməyə can atır, qarşıdurmanın qeyri-konfrontosional şəkildə həll edilməsinə çalışırdlar. Avropa dövlətləri də onlara kompromisə getmək üçün güclü təzyiq göstərirdilər. “Ya bu
Müxalifət liderlərindən fərqli olaraq xalq yaxşı başa düşürdü ki, mübarizədə qələbənin alternativi yoxdur və həmin qələbə artıq üfüqdədir.
razılığı imzalayacaqsız, ya da ki, sizin hamınızı ölüm gözləyir,” deyə Polşanın xarici işlər naziri Radoslav Sıkorski hökumət devrilməzdən düz bir gün əvvəl müxalifət liderlərinə ismarıc vermişdi. Amma gözü tərəzi olan xalq hamıdan yaxşı başa düşürdü mübarizədə qələbənin alternativi yoxdur və həmin qələbə artıq üfüqdədir. Bu mübarizədə güzəşt Ukrayna demokratiyasının dəfni ola bilər. Xalq Qərbə, müxalifət ldierlərinə məhəl qoymadı, öz bildiyi kimi etdi və onlara atəş açdıran lideri hakimiyyətdən qovdu.

LÜSTRASİYA (PAKLAŞDIRMA): 2008-ci ildən bəri baş verən hadisələr sübut etdi ki, Viktor Yanukoviç kimi sabiq avtoritarların siyasi səhnədən yığışdırılmaması, onların hakimiyyətə qayıdışına imkan verilməsi faciəvi səhv idi. Narıncı İnqilabın yetirməsi olan Viktor Yuşçenkodan fərqli olaraq Viktor Yanukoviç ölkəni demokratik yolla idarə etmədi, öz vəzifəsindən sui istifadə edərək xalqını talan etdi, rəqiblərini həbsə atdırdı. Demokratik düşərgənin təmsilçisi olmamış, sabiq nomenklatura nümayəndəsi mübarizəyə siyasi mütsəvidə yox, fiziki müstəvidə baxdığına görə fəaliyyətini əsasən dağıdıcı məramlar üzərində qurmuşdu. Zatən, sovetlərin
Sabiq kommunistlər siyasi səhnədə qaldıqca post-Sovet respublikaları üçün diktatura təhlükəsi real qalır.
şinelindən çıxmış siyasilər hakimiyyətə çox vaxt xalqa xidmət etmək üçün yox, onu basıb yemək üçün vasitə kimi baxıblar. Ukrayna kimi demokratiya ənənəsinin məhdud olduğu cəmiyyətlərdə Yanukoviç kimilərin siyasi meydanda olması demokratiyanın varlığına böyük təhlükə idi. Prezident Viktor Yuşçenkonun borcu idi ki, vaxtında rəqabət meydanını siyasi minalardan təmizləsin, ortaya demokratik düşüncəli yeni siyasətçilər nəsli gətirsin. Təəssüf ki, onun və Yuliya Timoşenkonun başları bir-birləri ilə cılız intriqalara qarışmışdı ki, bunun nəticəsində özləri də daxil olmaqla çox sayda ukrainlar azadlıqlarını və həyatlarını itirdilər. Ümid etmək olar ki, ukraynalılar baş verənlərdən ibrət dərsi götürüb lüstrasiya aparacaq və siyasi səhnəni köhnə partokratlardan, Kuçma-Yanukoviç administrasiyasının sabiq üzvlərindən tamam təmizləyəcəklər, Ölkəni avtoritarizmə sürükləmiş və baş vermiş cinayətlərə görə birbaşa məsuliyyət daşıyan Regionlar Partiyasının mövcudluğuna xitam verilməsi, dövləti cinayətlərədə iştirak etmiş sabiq rəsmilərin və hakim partiya liderlərinin məsuliyyətə cəlb edilməsi bu istiqamətdə mühüm ilk addımlar olardı.

PREZİDENT: Viktor Yanukoviçin səlahiyyətlərini aşaraq xalqa atəş açmaq əmri verməsi göstərdi ki, sabiq Sovet məkanında prezident təsisatı bir ideya kimi iflasa uğrayıb. 18-ci əsrin sonlarında “prezident” anlamını tarixə bəxş edən amerikalılar yenicə respublika qurmuşdular. Onlar qurduqları dövlətin monarxiyaya çevrilməsini istəmirdilər, eyni zamanda müxtəlif koloniyaların bir dövlət daxilində idarə oluna bilməsini təmin etməyə çalışırdlar. Ona görə də ciddi məhdudiyyətlərlə –
Demokratiya təcrübəsi olmayan ölkələrdə prezident idarə üsulu avtoritarizmə münbit zəmin yaradır
shakimiyyətin həm üfüqi həm də şaqulu bölgüsünü konstitutsiyada aydın təsbit etməklə – onlar prezidentə bəzi səlahiyyətləri həvalə etdilər. Hətta anqlo-sakson mədəniyyətinin tərkib hissəsi olan Amerika kimi liberal-demokratiya ənənəsinin oturuşduğu bir məkanda məqamlar olub ki, prezidentlər öz səlahiyyətlərini adlamağa cəhd göstəriblər. Amma Ukrayna və başqa sabiq Sovet məkanında demokratiya ənənəsinin son dərəcə zəif olduğu ölkələrdə prezident idarə üsulu diktaturaya dəvətnamədir. Bu ölkələrdə bir qayda olaraq parlament oyuncağa çevrilir, prezident seçilən şəxs özünü ölkənin ağası kimi aparır, və artıq deyilsə, tədricən tirana çevrilməyə başlayır. Bir sözlə, mütləq hakimiyyət mütləq korrupsiya ilə nəticələnir.
XS
SM
MD
LG