Accessibility links

Dəyirmi masa: demokratiya yoxsa enerji maraqları


Regionda neft-qaz kəmərləri
Regionda neft-qaz kəmərləri

Ekspertlər regionda demokratiyanın zəifləməkdə davam etdiyini bildirib

Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi (MBAM) “Qərb üçün prioritet olan nədir: demokratiya, yoxsa enerji maraqları?” mövzusunda dəyirmi masa keçirib.

Tədbir İSR-Plaza otelində nəzərdə tutulsa da tədbirin başlanmasına az qalmış elektrikin olmaması bəhanəsi ilə yer verməkdən imtina edilib.
Tədbir Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ofisində keçirilib.

Məruzəçilərdən biri olan İnsan Haqları üzrə Qazaxıstan Beynəlxalq Bürosunun təmsilçisi Yevgeni Jovtis bu ölkənin nümunəsində Qərbin enerji maraqlarına görə demokratiyanı tez-tez qurban verildiyini söyləyib.

Ekspertin fikrincə, neft, qaz, terrorla mübarizə və təhlükəsizlik demokratiyanın düşmənləridir. Buna görə Qərb öz enerji maraqlarına və təhlükəsizliyinə görə insan haqları ilə bağlı problemlərə göz yumur. Eyni zamanda bu amillərdən istifadə edən avtoritar rejimlər demokratiya əleyhinə fəaliyyət göstərirlər.

MBAM-in eksperti Ceyhun Vəliyev çıxışını son 20 ildə ABŞ siyasətinin Azərbaycana münasibəti üzərinə fokuslaşdırıb.

“2001-ci ilə kimi, - Vaşinqtonun “Azadlığı Dəstək Aktına 907-ci düzəliş”dən sonra, Azərbaycanda demokratiyanın inkişafı məhdud halda idi. 2001-ci ilin 11 sentyabr teraktından sonra təhlükəsizlik məsələlərində Azərbaycanın ABŞ üçün önəmi artdı. Bununla 907-ci düzəlişin bir çox müddəaları qüvvədən salınıb. Bundan sonra Azərbaycanda demokratiya və vətəndaş cəmiyyətinə dəstək layihələri naminə Amerikanın USAİD, İREX kimi hökumət institutları fəaliyyətə başladı.

Digər tərəfdən məhz Azərbaycanın artan rolu ilə bağlı Vaşinqton demokratiya problemlərinə yetərli diqqət ayırmadı.

2003-2004-cü illərdə Gürcüstan və Ukraynada narıncı inqilablara dəstək verən ABŞ 2003-cü ildə Azərbaycanda prezident seçkilərinin nəticələrinin total şəkildə saxtalaşdırılmasına münasibətdə gözləmə mövqeyi tutdu.

Fredoom House-nin qeyd etdiyi kimi 2004-cü ildən etibarən Azərbaycanda demokratiya sahəsində vəziyyət daim pisləşməyə doğru getdi.

2008-ci ildən sonra Əfqanıstanda əməliyyatların tədricən səngiməsi ilə qlobal təhlükəsizlik məsələsində Azərbaycanın rolu kiçilməyə başladı. Bu məqamdan etibarən ABŞ insan haqları sahəsindəki durumla bağlı Azərbaycanı mütəmadi tənqidə məruz qoyur”.

Araşdirmaçi jurnalist Şahin Abbasov diqqəti Azərbaycan Avropa İttifaqı münasibətlərinə yönəldib. O, Azərbaycanda demokratiya məsələsində Avropa Birliyinin (AB) “ikili standart”larına toxunub. AB-nin siyasətində enerji faktorunun üstünlük təşkil etdiyi, bunun obyektiv və subyektiv səbəbləri odluğunu vurğulayıb.

“Son illərdə Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın önəmi artır. Bakı TAP və TANAP kimi kəmər layihələrini reallaşdırır.

Bununla birgə rəsmi Bakı demokratik dəyişikliklərin əleyhinə çıxır. Baxmayaraq ki, Avrointerqasiya Gürcüstanda, Moldova və Ukraynadakı kimi ümummilli ideyaya çevrilməyib.

Ona görə də AB demokratik islahatların sürətləndirilməsində israr etmir.
AB-nin Azərbaycana münasibətdə siyasətinə təsir edən subyektiv amillərə də var. Hakimiyyət “kürü dipolomatiyası”ndan istifadə edərək son zamanlar Avropada lobbiçilik fəaliyyətini genişləndirib. Mədəniyyət layihələrinə, Avropa Olimpiya Oyunları kimi idman tədbirlərinə dəstək verən rəsmi Bakı müsəlman ölkəsində uğurlu dünyəvi rejim imicini formalaşdırmaq istəyir”.

Bundan əlavə, rəsmi Bakı AB-də səsi olan keçmiş sosialist düşərgəsindən AB-nə yeni üzv olan ölkələrə iqtisadi dəstək verir.
Eyni zamanda AB fəalların və jurnalistlərin təqib olunmasını ən yüksək şəkildə pisləyir və ATƏT/DTİHB-nin Azərbaycanda prezident seçkilərinin nəticələrini tənqidi qiymətləndirir.

Rusiyalı ekspert Arkadi Dubnov Qərbin strateji maraqları və Rusiyada demokratiya mövzusunda çıxış edib. Onun sözlərinə görə, əgər əvvəllər Rusiyada demokratiya imitasiyası, suveren demokratiya barədə danışmaq mümkün idisə, indi demokratiya haqqında danışıqlar ancaq pis ton əlaməti sayılır.

Ekspertin fikrincə, son iki ildə Rusiya demokratiya prinsiplərini aşıq şəkildə inkar etmək və vətəndaş cəmiyyəti institutlarını məhv etmək yolu tutub.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG