Accessibility links

"Biz azad ölkədə yaşamaq istəyirik!" Video


Ukrayna bir həftə əvvəllə müqayisədə gənclərdən ibarət etirazçıların Rusiyapərəst hökuməti devirməsindən sonra tamam başqa bir ölkədir. İndi həmin gənclər ölkəni yeni istiqamətə yönəltmək istəyirlər.

Ukrayna Təhsil Nazirliyini hazırda universitet tələbələri idarə edir. Burada “Tələbələr, Xoş Gəldiniz!” lövhəsi asılıb. Sadəcə tələbə biletini göstər və içəri buyur. Başqalarına isə hələlik dışarıda durmaq məsləhətdir.

İçəridə tələbələr “Ukrayna təhsilinin dağıdıcısı” adlandırdıqları devrilmiş son nazir də daxil olmaqla keçmiş təhsil nazirlərinin şəkillərinə baxırlar.

Sabiq Sovet respublikalarının rəhbərlikləri dünyagörüşləri SSRİ-də formalaşmış adamlardan ibarətdir.

Sabiq Sovet respublikalarının rəhbərlikləri dünyagörüşləri SSRİ-də formalaşmış adamlardan ibarətdir.

Burada tələbələr təşkilatlanıblar. Binanı gənc oğlanlar qoruyur. Tələbə auditoriyasında idarə mərkəzi quraşdırılıb ki, burada gənclər toplaşıb müzakirələr aparır və ya vaxt keçirirlər. Burada siqaret çəkmək, içki içmək və nəyisə korlamaq qəti qadağandır.

Bir tələbə adının Anton Savidi olduğunu və Lvov Universitetində oxuduğunu deyir. “Biz korrupsiya ilə bağlı heç bir sənədin itməsini istəmirik,” deyə, o bildirir.

Tələbələr binanın qapılarının müstəntiqlər və televiziya kameraları işlərini başa vurduqdan sonra açılacağını deyirlər.

Mətbuat konfransında tələbələr yeni nazirin seçilməsini və təhsildə islahatlar aparılmasını istədiklərini deyirlər.

Hüquq fakültəsinin tələbəsi, 23 yaşlı Mlada Kaçurets çox şeyin dəyişməsini istədiyini deyir: “Mən yeni dövlət qurmaq üçün təkcə fərdlərin yox, sistemin dəyişəcəyinə, qanun aliliyinin, insan haqlarının qorunacağına ümid edirəm”.

Keçmiş Sovet respublikalarının hamısında problemlər var və bunlara səbəb Sovet sistemində yaşamış yaşlı nəsildir. İndi tələbə olan bu nəsil müstəqil Ukraynada, açıq dünyada boya başa çatıb. Ona görə də onlar sistemə yeniliklər gətirə bilərlər.
Bunlar yüksək məqsədlərdir, amma Mlada hesab edir buna yaşlı nəsil deyil, gənclər nail ola bilər.

“Keçmiş Sovet respublikalarının hamısında problemlər var və bunlara səbəb Sovet sistemində yaşamış yaşlı nəsildir. İndi tələbə olan bu nəsil müstəqil Ukraynada, açıq dünyada boya-başa çatıb. Ona görə də onlar sistemə yeniliklər gətirə bilərlər.”

Mlada gələcəkdə övladlarının hökumətlə razılaşmadıqlarına görə küçələrdə qətlə yetirilən ölkədə yaşamalarını istəmədiyini deyir. O, normal, sivil ölkədə qorxusuz yaşamaq istəyir.
XS
SM
MD
LG