Accessibility links

Məhkəmə MTN əməkdaşlarını NİDA-nın məhkəməsində çağırmaqdan imtina edib


 NİDA-çıların səssiz aksiyası

NİDA-çıların səssiz aksiyası

Proses martın 7-də davam etdiriləcək

Martın 6-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Hərəkatının 7 fəalının və “Azad Gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadənin işi üzrə növbəti iclas keçirilib.

Amerikanın Səsinin məlumatına görə iclasda elan edilib ki, bəzi şahidlər hazırda orduda xidmətdə olduqları və xaricdə təhsil aldıqları üçün prosesdə çıxış edə bilməyəcəklər.

Bu səbədən onların ifadələri oxunub. Gənc fəal Tural Şəkərli “Harlem shake” flash-mob-u ilə bağlı ibtidai istintaqda bildirib ki, Rüstəmzadənin flash-mob-un təşkili və icrası, habelə İnternetdə yerləşdirilməsi ilə heç bir əlaqəsi yoxdur.

Məhz bu flash-mob-la əlaqədar Rüstəmzadəyə qarşı xuliqanlıq ittihamı irəli sürülüb.
Rüstəmzadə özü bildirib ki, indiyədək hansı cinayətdə ittiham edildiyini anlamır.

Daha sonra şahidlər Ellada Abbasova və Ruslan Əsədlinin ifadələri oxunub.

Bundan sonra prosesdə müdafiə tərəfin şahidi qismində NİDA-nın idarə heyətinin üzvü Turqut Qəmbər çıxış edib.

O, bildirib ki, təşkilatın məqsədi Azərbaycanın demokratikləşməsinə yardım etməkdir.

O, həmçinin ittiham tərəfdən cəlb edilmiş şahid Anar Abbasovun (ibtidai istintaqda NİDA-nın Azərbaycanda “ərəb baharı” nümunəsi üzrə inqilab hazırladığını iddia edib) heç vaxt təşkilatın üzvü olmayıb və təbii olaraq təşkilatın toplantılarında çıxış edə bilməzdi.

Məhkəmə həmçinin müdafiə tərəfin Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlunun mənzillərinə baxış zamanı iştirak etmiş şahidlərin məhkəməyə çağırılması haqqında vəsatətini təmin edib.

Bununla belə, məhkəmə müdafiə tərəfin MTN əməliyyatçılarının şahid qismində çağırılması haqqında əvvəlki vəsatətlərini təmin etməyib.

Proses martın 7-də davam etdiriləcək

Təqsirləndirilən şəxslər 2013-cü ilin mart-aprel aylarında həbs edilib.

Onlar Bakıda orduda qeyri-döyüş itkilərinə qarşı 10 mart 2013-cü il etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda ittiham olunurlar. Gənclərə qarşı həmçinin qanunsuz partlayıcı maddə, narkotik saxlamaq və xuliqanlıq ittihamları irəli sürülüb.
XS
SM
MD
LG