Accessibility links

Qarri Kasparov Rusiya oliqarxlarına qarşı sanksiyalara çağırıb


Qarri Kasparov
Qarri Kasparov
Şahmat üzrə keçmiş dünya çempionu Qarri Kasparov Qərbi Rusiyanın zəngin biznes elitasının üzvlərinə qarşı sanksiyalar tətbiq etməyə çağıraraq, bunun prezident Vladimir Putinin hakimiyyətinin əsaslarını sarsıdacağını bildirib.

“Əgər Qərb Rusiyanı sanksiylar və ticarət müharibəsi ilə cəzalandırsa, bunun sonda təsiri ola bilər, lakin Putinin hakimiyyəti altında yaşayan 140 milyon insan bundan əziyyət çəkə bilər”-deyə Qarri Kasparov Wall Street Journal qəzetində dərc edilmiş məqalədə yazıb.

Kasparov Rusiyanın oliqarxlarına qarşı ölçü götürməyə çağırıb. “Bunun əvəzinə 140 oliqarxa qarşı sanksiyalar tətbiq edin. Onlar xaricdə aktivləri qorunmasa, Putini kənara atacaqlar. Sizin hədəfiniz onların vizaları, villaları, Londonda IPO-ları, yaxtaları və İsveçrə banklarındakı hesabları olmalıdır. Tanklar deyil, banklardan istifadə edin”-deyə Qarri Kasparov yazıb.

Onun firkincə, ABŞ sanksiyalarının effektivliyi üçün Avropa İttifaqı da buna qoşulmalıdır. Kasparov xəbərdarlıq edib ki, əks halda, Uol Stritin itkiləri Londonda uduşa çevrilə bilər və Putinin “parçala və hökm sür” taktikası yenidən işə yarayacaq.

Qarri Kasparov yazıb ki, Qərbin vahid cavabı olmasa, dünyanın 1945-ci ildə formalaşmış ərazi bölgüsü pozula və bunun da uzun illərdən sonra böyük nəticələri ola bilər. “Ukrayna məsələsində azad dünyanın fəaliyyətsizliyinin hansı nəticələri ola bilər, sualını verənlərə bunu artıq görürsünüz, deyə bilərəm. Bu fəaliyyətsizlik bizə Gürcüstanda və Suriyada baha başa oturub. Bu o deməkdir ki, eyni şey yenidən və yenidən baş verir və artıq ona əhəmiyyət verməmək olmur. Diktatorun təcavüzünə qarşı fəliyyətsiz qalmaq o deməkdir ki, bu, yenə baş verəcək. Gözlədikcə isə bu da baha gələ gəlir”-deyə Qarri Kasparov fikrini tamamlayıb.
XS
SM
MD
LG