Accessibility links

Angela Merkel: Ukraynanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz!


Angela Merkel

Angela Merkel

Almaniya kansleri Angela Merkel deyir ki, Rusiya Ukrayna böhranında istiqamətini dəyişməsə, “nəhəng” siyasi və iqtisadi ziyanla üzləşəcək.

Parlament qarşısında çıxış edən xanım Merkel deyib ki, Ukraynanın ərazi bütövlüyü “müzakirə mövzusu” ola bilməz.

Qərb və Rusiya Kremlin Krıma hərbi müdaxiləsi üzündən kəskin qarşıdurmadadırlar.

ABŞ prezidenti Barak Obama Rusiyaya xəbərdarlıq edib ki, Moskva Ukraynanın daxili işlərinə qarışmaqda davam etsə bunun bədəlini ödəyəcək.

Çərşənbə günü Ağ Evdə Ukraynanın müvəqqəti baş naziri Arseniy Yatsenyukla danışan cənab Obama bəyan edib ki, Vaşinqton Krımda bazar gününə planlaşdırılan referendumu “tamamilə rədd edir”. O, bir neçə həftənin içərisində təşkil olunmuş referendumu beynəlxalq hüququn pozulması sayır.
XS
SM
MD
LG