Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi: Tofiq Yaqublunu azad edin!


Müsavat başqanının müavini Tofiq Yaqublu partiya sədri İsa Qəmbərlə (Foto Arif Hacılının Facebook səhifəsindən götürülüb)
Müsavat başqanının müavini Tofiq Yaqublu partiya sədri İsa Qəmbərlə (Foto Arif Hacılının Facebook səhifəsindən götürülüb)
Nyu Yorkda qərargahlanan Jurnalistləri Müdafiə Komitəsi (CPJ) martın 17-də Tofiq Yaqubluya verilən 5 illik həbs cəzasını pisləyib. Qurum Azərbaycan rəsmilərini Yeni Müsavat qəzetinin jurnalistinə oxunan hökmü ləğv etməyə çağırıb.

“Azərbaycan öz məhbəs kameralarını Tofiq Yaqublu kimi jurnalistlərlə doldurmağa son qoymalıdır,” deyə CPJ-in Avropa və Orta Asiya Proqramları koordinatoru Nina Oqniyanova bildirib. “Bakı öz imicini yaxşılaşdırmaq üzərində işləməlidir, ələlxüsus Avropa Şurasındakı rolunu nəzərə alanda. İlk addım olaraq Yaqublunu və Azərbaycanda həbs edilmiş başqa jurnalistləri sərbəst buraxmaq lazımdır.”

Mayda Avropa Şurası Nazirlər Komitəsinə rotasiyalı sədrliyi ələ almağa hazırlaşan Azərbaycan hazırda azı səkkiz jurnalisti həbsdə saxlayır. Şuranın bütün üzvləri Avropa İnsan Haqları Konvensiyasına imza atıblar ki, bu sənəd insan haqları, demokratiya və qanun aliliyinə təminat verir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG