Accessibility links

Robert Zubrin: Rusiya-Ukrayna qarşıdurması hürriyət-tiraniya qarşıdurmasıdır


Robert Zubrin

Robert Zubrin

Təhlilçi Robert Zubrin Amerikanın Səsinin Azərbaycan xidmətinə müsahibədə Krımda baş verənləri Rusiya ilə Ukrayna arasında ərazi münaqişəsi kimi yox, azadlıqla tiraniya arasındakı çarpışma kimi qiymətləndirir. Onun sözlərinə görə prezident Vladimir Putin Ukraynanı sarsıtmaqla demokratiya ideyasını məğlub etməyə və öz avtoritar rejiminin ömrünü uzatmağa can atır. Cənab Zubrin Qərbin Rusiya təcavüzünə reaksiyasının adekvat olmadığını düşünür.


Amerikanın Səsi: Krımda keçirilən referendumda səs verənlərin çoxu Ukraynadan ayrılmağa və Rusiyanın tərkibinə keçməyə səs verdilər. Qərb deyir ki, səsvermə süngü altında keçirilib və onun legitimliyini tanımır. Hazırda Ukrayna ilə sərhəddə rus qoşunları cəmləşməkdədir. Situasiya nə dərəcədə ciddidir?

Robert Zubrin: Bu, olduqca ciddi situasiyadır, çünki Vladimir Putin məsləhəti Avrasiya İmperiyası qurmaq istəyən Andrey Dugin adlı bir ideoloqdan alır. Dugin “Dördüncü Siyasi Nəzəriyyə” adlı kitab yazıb. Bu nəzəriyyə kommunizm, faşizm və ənənəviçiliyin infuziyasıdır ki, totalitar imperiya yaratmağın yolunu göstərir. Söhbət Almaniyadan Vladivostoka qədər uzanan Avrasiya İmperiyasının yaradılmasından gedir. Dugin bu yaxınlarda öz vebsaytında nəzəriyyəsini dərc edib. Bu ssenaridə birinci addım olaraq şərqi Ukraynada iğtişaşlar yaratmaq və qarmaqarışıqlıq düşəndən sonra Rusiya qoşunlarının müdaxiləsi yer alır.

Amerikanın Səsi: Belə görünür ki, Rusiya vətəndaşları arasında prezident Putinin Krımdakı addımları bəyənilir. Krıma hərbi müdaxilə başladıqdan bəri cənab Putinin reytinqləri qalxıb. Sizin cənab Putinin siyasətinə ictimai dəstək haqda düşüncələriniz nədir?

Robert Zubrin: Məsələyə ukraynalılar-ruslara qarşı prizmasından baxmaq olmaz. Bu, hürriyətin tiraniyaya qarşı mübarizəsidir. Ukrayna hökuməti ilk növbədə Amerikada olduğu kimi fərdi azadlıqları təmin edən Hüquqlar Bəyannaməsi qəbul etməlidir. Bu sənəd ölkədə mətbuat, toplaşma, dil azadlıqlarını təminat altına almalı və jüri məhkəməsini bərqərar etməlidir. Amerikada insanlar arbitrar həbs qorxusundan azaddırlar, çünki onlar bilirlər ki, ittihamçı onların məhkum edilməsi üçün cinayətin törədildiyi barədə 12 ABŞ
Ukrayna hökuməti ilk növbədə Amerikada olduğu kimi fərdi azadlıqları təmin edən Hüquqlar Bəyannaməsi qəbul etməlidir. Bu sənəd ölkədə mətbuat, toplaşma, dil azadlıqlarını təminat altına almalı və jüri məhkəməsini bərqərar etməlidir.
vətəndaşının yekdil razılığını almalıdır. Rusiya və Ukraynada insanlarda heç vaxt belə hüquq olmayıb. Milyonlarla vətənpərvər ukraynalı və rus dövlətin istəyinə əsasən həbs olunub, edam edilib. Orada jüri məhkəməsi, ədalətli məhkəmə sistemi yoxdur, çünki polis əmindir ki, istənilən ittihamı hakimə təsdiq etdirmək asan olacaq. Ukrayna hökuməti hamıya aydın etməlidir ki, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar ədalətlə mühakimə olunacaq. Bu, göstərəcək ki, inqilab ukraynalı oliqarxların rus oliqarxlarını əvəzləməsi deyil. Bu, azadlıq mübarizəsidir. Onda Rusiyada da insanlar eyni sualları soruşmağa başlayacaqlar, çünki onların hüquqları yoxdur. Varlıları Kreml soyur, yoxsulları küçədə polis. Rusiyaya məhdud hökumət, təminatlı hüquqlar lazımdır. Bu, Ukraynaya da lazımdır.

Amerikanın Səsi: Prezident Obama Rusiyaya qarşı sanksiyaları açıqladı. ABŞ əlavə hansı addımaları ata bilər, yaxud atmalıdır?

Robert Zubrin: Öz məhdud miqyası ilə bu sanksiyalar komikdir. Yəqin onlar Putini güldürməklə məhv etməyə çalışırlar. Əgər sanksiyalar tətbiq olunacaqsa, onlar ciddi olmalıdır. Ola bilsin ki, bu sanksiyalar onların Krımı almasının qarşısını almayacaq, ancaq ola bilsin şərqi Ukraynaya hərbi müdaxilənin qarşısını aldı. Bu, ciddi deyil. Amerika rəsmiləri Ukraynaya yardımdan söhbət düşəndə ərzaq göndərməkdən danışırlar. Biz Ukrayana özünü müdafiə etmək üçün silahlar verməliyik. Bundan əlavə yanacağın qiymətini kəskin endirməyə çalışmalıyıq. Bu, ruslar və ümumilikdə dünya insanları üçün
Öz məhdud miqyası ilə bu sanksiyalar komikdir. Yəqin onlar Putini güldürməklə məhv etməyə çalışırlar. Əgər sanksiyalar tətbiq olunacaqsa, onlar ciddi olmalıdır.
yaxşı olardı. Cızıq çəkməyin vaxtı yetişib. Biz Ukrayna hökumətinə aydın etməliyik ki, onlar demokratik inqilabi hökumət kimi davransalar, biz yardımı davam etdirəcəyik. Söhbət Beynəlxalq Valyuta Fondunun islahatlarından getmir. Bunu Putin istəyir və belə bir yardım iğtişaşlara səbəb olardı. Biz onlara Marşall Planı kimi bir yardım paketi təklif etməliyik. Bunun müqabilində onlar Ukraynadakı bütün millətlərin nümayəndələrinin hüquqlarını qorumalı və dar etnik maraqları bir kənara qoymalıdırlar. O ki, qaldı Obamaya və avropalılara, onlar Yanukoviçin snayeperləri adamları gülləbaran edəndə heç nə etmədilər. Onlar Yanukoviçin oliqarxlarının vəsaitlərini dondurmadılar. İndi irəli sürülən sanksiyalar növbəti təcavüzə dəvətnamədir.

Amerikanın Səsi: İndiyədək zorakılqların səviyyəsi yüksək olmayıb. Vəziyyətin bu məcrada davam edəcəyini güman edə bilərikmi?

Robert Zubrin: Bilmirəm. Yerdəki fundamental faktlar bundan ibarətdir ki, ruslar Krımı götürüblər. Onlar onu geri qaytarmayacaqlar. Yarımadanı saxlamaq üçün onların zorakılığa əl atmasına ehtiyac yoxdur. Əsas məsələ Rusiyanın Ukraynanın özünə müdaxiləsidir. Əgər ruslara adekvat cavab verilməsə, onlar Ukraynaya girsələr, onda Baltik, Polşa, Çex Respublikası necə olsun? Bunlar hamısı Duginin gündəmindədir. Biz zəif siyasətlə Putini həvəsləndirməyə son qoymalıyıq. Əgər sanksiya tətbiq edəcəyiksə, onda gəlin ciddi olaq. Ukrayna ideoloji hücuma keçməlidir. Onlar bunu özlərini insan haqlarının müdafiəçisi kimi təqdim etməklə və ruslara onların nəyə nail ola biləcəklərini göstərməklə nail ola bilərlər. Ruslara örnək olmalıdırlar.


Robert Zubrin Kolorado ştatında qərargahlanan Pioneer Energy şirkətinin prezidenti və Enerji Qələbəsi kitabının müəllifidir.
XS
SM
MD
LG