Accessibility links

Emin Hüseynov: ABŞ-Azərbaycan münasibətləri Soyuq Müharibə dönəmini xatırladır [Video]


Vaşinqtonda səfərdə olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov Amerikanın Səsinə müsahibədə Azərbaycanda post-seçki durumunu və ABŞ-Azərbaycan münasibətlərini şərh edib.

“ABŞ-Azərbaycan münasibətləri Azərbaycan müstəqillik əldə etdikdən bəri ən ağır durumdadır,” deyə cənab Hüseynov bildirib. “Azərbaycandan ABŞ-a dost olmayan bir mövqe ortalıqdadır. Bəzən bu, Soyuq Müharibə dönəminin mənzərəsini xatırladır.”

Cənab Hüseynovun sözlərinə görə Azərbaycanda dövlət nəzarəti altında olan media orqanlarından ABŞ əleyhinə təbliğat aparılır. Bundan əlavə Azərbaycan rəsmiləri Amerika rəsmiləri ünvanına etik normalara sığmayan ifadələr işlədirlər.

Rusiyanın Krımda hərbi müdaxiləsini şərh edən Emin Hüseynov baş verənlərin post-Sovet məkanına təsir göstərəcəyini deyib. O, əlavə edib ki, Azərbaycan rəhbərliyi qarşıda seçimlə üzləşir. Ya o, demokratik dəyərləri qəbul edərək Qərbə doğru istiqamət götürməli, yaxud da Rusiyanın orbitinə düşmək təhlükəsi real perspektivə çevrilə bilər.
XS
SM
MD
LG