Accessibility links

ABŞ İranın BMT-də nümayəndəsinə etiraz edir


Ağ Evin bildirdiyinə görə, ABŞ hökiməti İrana BMT-də təmsil olunmaq üçün 1979-cu ildə 52 amerikalının girov götürülməsində işirak etmiş şəxs deyil, yeni nümayəndə göndərməli olduğunu çatdırıb.

Ağ Evin sözçüsü Cey Karni bildirib ki, Həmid Əbutalebinin bu vəzifəyə seçiminin düzgün olmadığı uyğun olmadığı Tehranın nəzərinə çatdırılıb.

ABŞ rəsmiləri Əbutalebinin seçilməsinə1979-cu ildə Tehranda Amerika səfirliyinin ələ keçirilməsi zamanı 52 amerikalının 444 girov saxlayan müsəlman tələbə təşkilatında iştirakı ilə əlaqədar etirazını bildirib.

İranın Belçikada, Avropa İttifaqında, İtailya və Avstraliyada səfiri olmuş Həmid Əbutalebi tələbə təşkilatında fəaliyyətinin tərcümə və müzakirələrlə məhdudlaşdırıldığını deyib.

Girov böhranı İranın siyasi firuqlarının həyatında mühüm mərhələrlədən biri olub. Amerikalıların girov götürülməsi nəticəsində Vaşinqton və Tehran arasında diplomatik münasibətlər kəsilmişdir.
XS
SM
MD
LG