Accessibility links

Əfqanıstanda ilkin nəticələrə görə Abdulla Abdulla irəlidədir



Əfqanıstanda aprelin 5-də keçirilmiş prezident seçkisində ilkin nəticələr keçmiş xarici işlər naziri Abdulla Abdulla və müxalif siyasətçi Əşrəf Ğani arasında az fərqin olduğunu göstərir.

Əfqanıstanın Müstəqil Seçki Komissiyasının bildirdiyinə görə, bazar gününə qədər təxminən 500 min səs hesablanıb. İlkin nəticələrə əsasən, Abdulla Abdulla səslərin 42 faizi ilə irəlidədir. Əşrəf Ğaninin səslərin 38 faizi ilə ikinci yerdə olduğu bildirilir. Əfqanıstan prezident Zalmay Xəlilzadın qardaşlarının dəstəklədiyi prezidentliyə üçüncü namizəd Zalmay Rəsulun isə onlardan geri qalaraq, səslərin 10 faizini topladığı deyilir.

Səsvermədə təxminən yeddi milyon adam səs verib.

Müstəqil Seçki Komissiyasının sədri Əhməd Yusuf Nuristani Əfqanıstanın 34 vilayətindən 26-dakı səsvermə məntəqələrində verilmiş səslərin yalnı 10 faizinin hesablandığı ilə bağlı xəbərdarlıq edib.

Nəticələrin mayın 14-də elan ediləcəyi gözlənilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG