Accessibility links

"Ukraynanın güc strukturları bərbad durumdadır" [Audio]


Rusiyapərəst silahlılar Donetsk vilayətinin Slovyansk qəsəbəsində inzibati hökumət binasının qarşısında patrul çəkirlər. 14 aprel, 2014.
Rusiyapərəst silahlılar Donetsk vilayətinin Slovyansk qəsəbəsində inzibati hökumət binasının qarşısında patrul çəkirlər. 14 aprel, 2014.
"Ukrayna indi çox çalışır ki, 25 mayda sakit şəraitdə prezident seçkiləri keçirsin. Ancaq Rusiya bunu istəmir, bu planı pozmağa can atır," deyə siyasi ekspert Elxan Şahinoğlu Ukraynanın şərqində baş verən çaxnaşmaları şərh edir.
please wait

No media source currently available

0:00 0:09:43 0:00

Kiyevdən Amerikanın Səsinə danışan cənab Şahinoğlu Ukrayna güc strukturlarının zəif durumda olduğunu bildirir. Onun sözlərinə görə devrilmiş Viktor Yanukoviç Ukrayna ordusunu və polisini elə bərbad günə salıb ki, bu gün onlar separatizm təhlükəsinin qarşısını almaqda aciz görünürlər.
Politoloq Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu
Artıq üç gündür ki, Kiyevdə olan cənab Şahinoğlu Rusiya təcavüzünün paytaxt sakinləri arasındakı söhbətin bir nömrəli mövzusu olduğunu deyir. Onun müşahidələrinə görə ölkədə vəziyyət son dərəcə gərgindir və hökumət Rusiya təcavüzünün qarşısını almaq yollarını arayır. Cənab Şahinoğlu əlavə edib ki, Ukrayna silahlı qüvvələrində peşəkarlığın və döyüş qabiliyyətinin aşağı olması Rusiyapərəst separatçılara qarşı mübarizənin effektivliyini əngəlləyir.

“Ukraynalılarla söhbətdən bu qənaətə gəlirəm ki, ruslara qarşı müəyyən nifrət hissi əmələ gəlib. Onlar arxadan belə zərbə gözləmirdirlər,” deyə cənab Şahinoğlu ukraynalıları Rusiyaya düşmən etməklə Vladimir Putinin siyasətinin iflasa uğradığını vurğulayır.

Şəhər küçələrində Putinin ünvanına söyüşlər əks etdirən şüarlar geniş yayılıb. İnsanlarda Vladimir Putinin şəxsiyyətinə böyük hiddət və nifrət hissi var.

Elxan Şahinoğlu Krım Tatarlarının lideri Mustafa Cəmil Krımoğlu ilə şəxsən görüşdüyünü və onunla fikir mübadiləsi apardığını söyləyib. Söhbətdə cənab Krımoğlu təmsil etdiyi xalqın baş verənlərə münasibətini şərh edib.
XS
SM
MD
LG