Accessibility links

“Azərbaycan məhkəmələrindən ədalət gözləmirik” [Audio]


Vəkil Əsabəli Mustafayev

Vəkil Əsabəli Mustafayev

“Artıq Azərbaycanda insanları uzun müddət həbsdə saxlamaq və onlara ağır həbs cəzaları vermək üçün güclü əsas olmasına ehtiyac yoxdur,” Əsabəli Mustafayev Amerikanın Səsinə bildirib.

İttiham olunan gənc fəalların işi üzrə məhkəmə prosesini şərh edən vəkil prosesin büsbütün qanun pozuntuları ilə, dəlillərin yoxluğu ilə müşayiət olunduğunu deyir. Onun sözlərinə görə prokurorun irəli sürüdüyü ittihamların heç bir hüquqi əsası yoxdur.

“Mən əminəm ki, biz bu “sübutların” sübutsuzluğunu sübut edəcəyik. Ancaq yenə də nəticə nə olacaq?”

Praktika göstərir ki, Azərbaycanda hakimlər bir qayda olaraq prokurorun tələblərini yerinə yetirir, deyə cənab Mustafayev əlavə edib.

“Biz o vaxt ədalətə inanardıq ki, onlar bu həbs qətimkan tədbirini dəyişsinlər. Təqsirsizlik prezumpsiyasına riayət etsinlər. Amma bunlar siyasi fəallar olduğu üçün bu normalar tətbiq olunmadı.”

Əsabəli Mustafayev Azərbaycan məhkəmələrinə etimadının olmadığını və şikayət prosesini bitirdikdən sonra Avropa Məhkəməsinə üz tutacağını deyir. Eyni zamana vəkil hesab etdiyini deyir ki, Azərbaycan məhkəmələrində insanların ədalət tapmaması və daim Avropa məhkəməkələrinə müraciət etməsi Azərbaycanın ədliyyə sistemi haqda yaxşı heç nə demir.

Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə NİDA Vətəndaş Hərəkatının üzvlərinə dövlət ittihamçısı iş istəyib. O, iş üzrə təqsirləndirilənlər Zaur Qurbanlıya 8 il 6 ay, Rəşadət Axundova 8 il 6 ay, Rəşad Həsənova 8 il, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyevə 8 il, Məmməd Əzizova 8 il, Şahin Novruzluya 6 il 6 ay, Üzeyir Məmmədliyə 7 il 6 ay cəza verilməsini istəyib.
XS
SM
MD
LG