Accessibility links

Naxçıvanda hərbi təlimlər başa çatıb [Fotoqalereya]


Naxçıvan Muxtar Respublikası ərazisində genişmiqyaslı hərbi təlimlər başa çatıb

Naxçıvan Muxtar Respublikası ərazisində genişmiqyaslı hərbi təlimlər başa çatıb

Təlimlər zamanı tank, piyadaların döyüş maşınları, raket, artilleriya, minaatan qurğular icra edilib


Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimlər yekunlaşıb.

Bu barədə Amerikanın Səsinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin 20.000 (iyirmi minə) yaxın şəxsi heyəti, 400-dən çox zirehli texnikası, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən, xüsusi təyinatlı qüvvələr cəlb olunub.

Təlimlər zamanı tank, piyadaların döyüş maşınları, raket, artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib, xüsusi təyinatlı bölmələr isə birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər.

Təlimləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Müdafiə məsələləri üzrə Prezidentin köməkçisi general-leytenant Vahid Əliyev müşahidə edib.
XS
SM
MD
LG