Accessibility links

Rəcəb Tayyib Ərdoğanla Konstitusiya Məhkəməsi arasında gərginliklər artır [Təhlil]


Türkiyənin Konstitusiya Məhkəməsi bir neçə həftədir hakim Ədalət və İnkişaf Partiyasına (AKP) hüquqi zərbələr endirir. Qanuna əsasən hökumətin hakimlər və prokurorlar üzərində nüfüzunun çox olmasına baxmayaraq, məhkəmə Tvitter sosial media saytına qoyulan qadağanı ləğv etdi.
​Baş nazir Rəcəb Tayyib Ərdoğan üçün qərarların qanuni olub-olmamasının o qədər də əhəmiyyəti yoxdur. Cənab Ərdoğan deyir ki, siyasətə qarışmaq istəyənlər səlahiyyətlərinin hüdudlarını bilməlidirlər, əks halda onlar hakimə məxsus mundirlərini çıxarmalı olacaqlar.


Müxalif Cumhuriyyət Xalq Partiyası (CHP) cənab Ərdoğanın bu növ hücumlarını pisləyib. Partiyadan parlament üzvü və İnsan Haqları üzrə Avropa Məhkəməsinin sabiq hakimi Rza Türmən baş nazir hakimiyyətinin təhlükə altında olduğunu deyir.
“Baş nazirin Konstitusiya Məhkəməsinin qərarları ilə razı olmaması demokratik bir dövlətdə balansın olmamasına işarədir.”


Lakin Qlobal Source Partners təşkilatından Atilla Yeşilada cənab Ərdoğan və onun partiyasının demokratiyanı qoruduqlarını deyir. "AKP 45 faiz səs toplamaqla, Türkiyədə mandat alan yeganə partiya oldu."

Cənab Ərdoğan konspirasiya ilə üzləşdiyini iddia edir. Hökumətinə qarşı hücumlara başlanandan sonra cənab Ərdoğan minlərlə polis işçisini və yüzlərlə hakimi işdən azad etdi.

Milliyyət qəzetinin siyasi yazarı Əsli Aydıntaşbaş AKP-nin Konstitusiya Məhkəməsindən avqust ayında keçiriləcək prezident seçkiləri ilə bağlı şübhələnməyə başladığını deyir. O deyir ki, Ədalət və İnkişaf Partiyası Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıcın qarşıdan gələn prezident seçkilərində cənab Ərdoğana qarşı namizədliyini irəli sürəcəyindən şübhə edir.
Avropa Karnegi İnstitutundan Sinan Ülgen cənab Ərdoğanıla məhkəmə mübahisələrinin ölkədə demokratiyanı möhkəmlədə biləcəyini düşünür. “Əgər onlar öz aralarında razılıq əldə edə bilsələr, bu, ölkədə demokratik standartlara uyğun ola bilər. Burada risk Konstitusiya Məhkəməsi üzvünün prezident ola bilməsindədir.”

Bəzi siyasi təhlilçilər isə Konstitusiya Məhkəməsindəki mübahisələrin avqust ayında keçiriləcək seçkilərin önəmini artiracağını deyir.
XS
SM
MD
LG