Accessibility links

Elxan Şahinoğlu: Donetskdə anarxiya hökm sürür [Audio]


Elxan Şahinoğlu, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri

Elxan Şahinoğlu, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri

“İki gün mən Donetskdə oldum. Vəziyyət orada gərgindir. Anarxiya var. Üzü maskalı şəxslər əllərində silah küçələri dolaşır,” deyə Kiyev aeroportundan Amerikanın Səsinə danışan Elxan Şahinoğlu Ukraynanın şərqindən aldığı təəssüratları paylaşıb. Bakıya dönməyə hazırlaşan ekspert hesab etdiyini bildirib ki, separatçıların Cenevrə sazişinə rəğmən silahlarını təhvil vermək fikirləri yoxur.

Onun sözlərinə görə Donetskdə apardığı müşahidələr onda belə bir fikir yaradıb ki, yerli əhalinin böyük əksəriyyəti separatçılarla eyni mövqedən çıxış etmirş. “Çoxlarında yanlış təsəvvür var ki, bütün Donetsk separatçıları dəstəkləyir. Onları 20-25 faiz dəstəkləyir.” Əhlainin yerdə qalan hissəsini “passiv çoxluq” adlandıran Elxan Şahinoğlu ictimai dəstəyin qarşıdakı həftələrdə baş verəcək hadisələrdən asılı olduğunu bildirib. Onun sözlərinə görə yerli əhali Ukrayna hökumətindən dəstək görməsə, və Rusiyanın regiondakı mövqeləri güclənsə, bunlar çoxluğun mövqeyinə təsir göstərə bilər.

O, Donetskdə olduğu müddətdə ukrayna tərəfdarlarına da rast gəldiyini bildirdi. Amma ekspertin qənaətincə, bu növ adamlar Ukrayna hökumətindən lazımi himayəni görmürlər. “Ukraynanı dəstəkləyən insanlar var. Sadəcə təəssüf ki, Kiyevdən onlara dəstək azdır. Kiyev orada fəal deyil, dialoq aparmır. Halbuki Moskva orada çox fəaldır,” deyə o bildirib.

Vəziyyətin regionda kritik olduğunu bldirən ekspert may ayında durumun daha da gərginləşəcəyini güman edir. Belə ki, mayın 11-də separatçılar referendum, mayın 25-də isə Ukrayna xalqı prezident seçkiləri keçirməyə hazırlaşır. Üstəlik 9 may faşizm üzərində qələbə günü fikir ayrılıqlarının zorakı müstəviyə keçəcəyi də narahatlıq mənbəyidir, deyə Elxan Şahinoğlu əlavə edir.
XS
SM
MD
LG