Accessibility links

“Sinqapur konfransından sonra mən Azərbaycana uçdum. Səfərin məqsədi Azərbaycanın Orta Asiya-Şimal Paylaşma Şəbəkəsi çərçivəsində bizim Əfqanıstana təchizat marşrutundakı iştirakını gücləndirmək idi. Mən əvvəllər heç vaxt Bakıda olmamışdım, amma onun tarixi haqda müəyyən məlumatım var idi.


Computer HopeÖlkənin prezidenti İlham Əliyev Xəzər Dənizi sahilində yerləşən neftlə zəngin ölkəni atası Heydər Əliyev kimi dəmir əllə idarə edir. Heydər 1987-ci ildə Mixail Qorbaçov onu korrupsiyaya görə işdən çıxarmazdan və Politbürodan qovmazdan öncə Sovet Sosialist Azərbaycanını 18 il idarə etmişdi. Sovet İttifaqı dağıldıqdan sonra siyasətə qayıdan Heydər Əliyev 1993-cü ildən 2003-cü ilədək ölkənin prezidenti oldu.

Praktik olaraq Azərbaycan ailə biznesidir. Mən İlhamla nəhəng sarayda görüşdüm və ona Prezident Obamanın məktubunu təqdim etdim. Həmin məktubda münasibətlərin bizim üçün önəmi və onları genişləndirmək arzusu vurğulanırdı. Nə məktub, nə də mən insan haqları barədə bir şey demədik. Azərbaycanın əsas şikayəti bu idi ki, biz onlara kifayət qədər diqqət göstərmirik. Odur ki, ora gəlməyin özü səfərin əsas məqsədini yerinə yetirmiş oldu.

Praktik olaraq Azərbaycan ailə biznesidir. Mən İlhamla nəhəng sarayda görüşdüm və ona Prezident Obamanın məktubunu təqdim etdim. Nə məktub, nə də mən insan haqları barədə bir şey demədik.

Belə görünür ki, Bakıda bir əsas xiyaban var – dəbdəbəli binalar və butik dükanlarla əhatə olunmuş geniş bulvar. Amma bu cazibədar küçədən bir qədər aralıda toz-torpaqlı, nizamsız qədim orta Asiya şəhəri idi. Həmin gecə biz taxta parçası üzərində manqalda bişirilmiş ətlər xidmət edən ənənəvi restoranda şam etdik. İştahla təzəcə yerimizə oturmuşduq ki, cangüdənlərimdən biri restoranda yanğın baş verdiyini xəbər etdi. Qrupumun üzvləri evakuasiya olunmağa başladılar. Amma nə od, nə də tüstü gördüyümdən, bir-iki qoçaq yoldaşımla yeməkdə davam edirdim. Bir neçə dəqiqə sonra yanğınsöndürən maşınların sirenası səsləndi və bu dəfə cangüdənlərim aydın etdilər ki, onlar mənə qalmaqla getmək arasında seçim verməyəcəklər. Qapıdan çıxanda birinci yanğınsöndürən maşın gəldi. Yeməyi yarımçıq qoyub getmək heç ürəyimdən deyildi.”


Robert Geyts, Borc: Müharibədə olan nazirin memuarları

XS
SM
MD
LG